Dərc edildi: Baxış sayı: 477
Birinci rübdə dəmir yolu ilə beynəlxalq istiqamətlərdə 2 milyon tonadək yük daşınıb
Cari ilin birinci rübündə dəmir yolu ilə beynəlxalq istiqamətlərdə (idxal-ixrac) 1 milyon 820 min ton yük daşınıb.
AZƏRTAC “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, 3 ayda dəmir yolu nəqliyyatı ilə Azərbaycandan tranzit keçməklə 939 min ton, daxili istiqamətlərdə isə 781 min ton yük aparılıb.
Yanvar-mart aylarında dəmir yolu ilə ümumilikdə 3 milyon 540 min ton yük daşınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət