Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bir yerdə uzun müddət oturmaq sağlamlıq üçün təhlükəlidir

Bir yerdə uzun müddət oturmaq sağlamlıq üçün təhlükəlidir
Sakura

Bir yerdə uzun müddət oturmaq sağlamlıq üçün təhlükəlidir

Lester Universitetinin mütəxəssisləri əmindirlər ki, oturaq həyat sürən insanlar qaraciyər, böyrəklərdə daha çox viseral yağa və qarın bölgəsində daha çox yağlı yatağa malikdir. Məlum olduğu kimi viseral yağın bolluğu diabet riski faktoru olan insulinə qarşı müqavimətlə bağlıdır. Həmçinin bu yağ yataqları xərçəng, insult, ürək xəstəlikləri riskini artırır. Statistika göstərir ki, əmək qabiliyyətli yaşda olan insanların əksəriyyəti təqaüdçülərdən daha çox otururlar.

Məlumat verilir ki, araşdırma çərçivəsində alimlər diabetin inkişaf ehtimalı olan 124 insanın bədənini skan ediblər. Belə insanlara fiziki aktivliyi izləyən cihazlar veriblər. Alimləri insanların həftə ərzində nə qədər oturduqları maraqlandırırdı. Onlar viseral yağla oturaqlıq davamlılığı arasındakı birmənalı əlaqəni aydınlaşdırıblar. Həmçinin bu əlaqə insanların həftə ərzində fiziki aktivliyinin 150 dəqiqədən çox olmadığı halda daha güclü idi.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR