Slimfit
  1. MEDİA

“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası 100 mindən çox insanı birləşdirdi

“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası 100 mindən çox insanı birləşdirdi
Sakura

“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası 100 mindən çox insanı birləşdirdi

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalından 27 il ötdüyü bu ildə Şuşa ilə bağlı faktları, xatirələri, şəkilləri, videoları ictimaiyyətin diqqətinə çatdırmaq, həmin xoş xatirələri, anları yaddaşlarda canlandırmaq üçün keçirilən “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiya ümumilikdə 100 mindən çox insanı əhatə edib.

1 maydan - 9 may tarixinədək davam edən aksiyayada insanlar Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi və #shushamemories hashtag-ları ilə öz sosial şəbəkədəki hesablarında paylaşıblar.

Qeyd edilən tarixlərdə hər gün “Bir Könüllü” facebook və instagram səhifəsində Şuşaya aid faktlar, məlumatlar paylaşılıb, yüksək maraq doğuran faktlar, məlumatlar, şəkillər, videolar sosial şəbəkələrdə ümumiliklə 100.000-dən çox  baxış sayı, 800-dən çox paylaşım əldə edib.

Aksiya çərçivəsində Şuşalılarla görüşlər təşkil olunub, Şuşalılar oradakı yaşayışlarını əks etdirən şəkilləri, xatirələri tələbə-könüllülərlə bölüşüblər. Həmçinin şuşalıların doğma yurdlarındakı xatirələrini danışdıqları, məlumatları, xoş və kədərli anlarında söhbət açdıqları 15 dəqiqəlik video-çarx da hazırlanıb.

Siz keçidə daxil olaraq həmin video-çarxı da izləyə bilərsiniz.

Şuşaya həsr olunan video: www.shushamemories.konullu.edu.az

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərin təşəbbüsü ilə keçirilən bu aksiya Azərbaycanın dilbər guşələrindən olan və işğalından 27-ci il ötən, insanların yaddaşındakı Şuşanı tanıtmaq, onun haqqında məlumatları, xatirələri ictimaiyyətə çatdırmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaq məqsədi daşıyır.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR