Dərc edildi: Baxış sayı: 532
“Bir qurtum suya həsrət olan kimi Qarabağa həsrətik” — Millət vəkili
“Nə qədər can desək də, bizə azzar deyəcəklər. Müxalifət düşərgəsi bizi ittiham edəcək”.
“Ölkə.Az” xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, biz gürcü məsələsində ehtiyatlı olmaqla yanaşı, sözümümzü də deməliyik.
Paşinyanın Şuşaya səfərinə toxunan T.Kərimli bildirib ki, bu gün biz bir qurtum suya həsrət olan kimi Qarabağa, Şuşaya həsrətik:
“Ancaq Paşinyan bu torpaqlarda rəqs edir. Atasına xəyanət edən erməni bu gün Azərbaycan torpaqlaırnda at oynadır. Buna imkan vermək olmaz. Onsuz da Fridrix Engels də tarixdə ermənilərin əxlaqsız bir xalq olmasını öz əsərlərində qeyd edib. Odur ki, biz Qarabağ problemini nə yolla olur-olsun həll etməliyik və bunu gələcək nəslə buraxmaq olmaz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət