Slimfit
  1. CƏMİYYƏT

Bir qrup əlilliyi olan şəxs “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb

Bir qrup əlilliyi olan şəxs “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb
Sakura

Bir qrup əlilliyi olan şəxs “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan MR-dəki “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərin bir istiqaməti də onların sağlamlıqlarının bərpasına yönəlib. 

Bu istiqamətdə aparılan işlər çərçivəsində nazirlik tərəfindən əliliyi olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla müvafiq müalicə müəssisələrində müalicə kursu keçmələri də təşkil olunur. “Duzdağ” Fizioterapiya mərkəzinə göndərilən şəxslərin xəstəliklərinin müalicəsi üçün həmin Fizioterapiya mərkəzində təbii resurslardan istifadə edilməklə səmərəli fizioterapevtik müalicə prosedurları tətbiq olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR