Slimfit
  1. DÜNYA

Bir nəfərə görə 40 min insan karantinə götürüldü

Bir nəfərə görə 40 min insan karantinə götürüldü
Sakura

Bir nəfərə görə 40 min insan karantinə götürüldü

Hindistanın Pəncab əyalətində 20 kənddə 40 mindən artıq insan yalnız bir yoluxma halı ilə bağlı yeni tip koronavirus şübhəsilə karantinə götürülüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Almaniya və İtaliyaya səfər etdikdən sonra özünü təcrid etməyən 70 yaşlı din xadiminin öldükdən sonra yeni tip koronavirusdan dünyasını dəyişdiyi müəyyən edilib.

Baldev adlı şəxsin ölümündən qısa zaman əvvəl “Hola Mohalla” adlı festivalda iştirak etdiyi və altı gün davam edən festivalı hər gün təxminən 10 min insanın ziyarət etdiyi üzə çıxıb.

Sözügedən şəxsin ölümündən sonra 19 yaxınının verdiyi testlərin nəticəsinin müsbət olduğu, bu günə qədər birbaşa ünsiyyətdə olduğu 550 nəfərin aşkarlandığı, yaşadığı bölgədə 15 kəndə giriş-çıxışların bağlandığı qeyd olunur.

Bununla yanaşı yaxınlıqdakı daha beş kənd karantinə götürülüb.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR