Slimfit
  1. DÜNYA

Bir neçə həftəlik körpədə koronavirus aşkarlandı

Bir neçə həftəlik körpədə koronavirus aşkarlandı
Sakura

Bir neçə həftəlik körpədə koronavirus aşkarlandı

Rusiyada bir neçə həftə əvvəl dünyaya gəlmiş körpədə koronavirus aşkarlanıb.

Bu məlumatı “Rossiya 1” telekanalında yayımlanmış “Təhlükəli virus 5” sənədli filmində “Ana və uşaq” şirkətlər qrupunun baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mark Kurtser verib.

“Ata, ana, bütün ailə yoluxmuşdu, o cümlədən, bir neçə həftə əvvəl anadan olmuş körpə. O, sağlam anadan olmuşdu, doğum evindən çıxanda yoluxma yox idi. 14 gündən sonra isə xəstəliyin simptomları üzə çıxdı”, - deyə M.Kurtser bildirib.

Mütəxəssisin sözlərinə görə, “Ana və uşaq” mərkəzində 66 hamilə qadında COVID-19 aşkarlanıb. Pasiyentlərdən üçünün vəziyyəti ağır və orta-ağırdır.

Ekspert əlavə edib ki, hələlik koronavirusun hamiləliyin gedişinə təsirini qiymətləndirmək üçün kifayət qədər elmi-təcrübi material yoxdur.

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR