Bir neçə əməliyyat keçirərək özünü skeletə bənzətdi
Kolumbiyalı 22 yaşlı Eric Yeiner iki il davam edən bir neçə əməliyyatdan sonra qəribə görünüş əldə edib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Eric üzünün bir skeletin kəllə sümüyünə bənzəməsi üçün burnunun və qulaqlarının yarısını kəsib. Uşaqlığından bəri skeletlərə və bu tipli fərqli şeylərə həvəskar olduğunu bildirən adam bunu ölən anasının skeletinə bənzəmək üçün etdiyi deyib.
Bu qorxunc əməliyyatlar vasitəsilə burnunun alt hissəsinin və qulaqlarını kəsdirən Erik bundan başqa dilini iki hissəyə bölüb və boz rəngə boyadıb.
Bədəninin haradasa bütün hissəsi döyməylə əhatə olunan adam bütün üzünə skelet kimi görünməsini təmin edən qalıcı döymə etdirib.
Gözünün altını tündləşdirən və ağzının ətrafına skelet dişləri əlavə edən Erik bu qorxunc görüntüsü səbəbilə sosial mediada və ölkəsində tənqidlərə məruz qalıb. Buna baxmayaraq sosial mediada gənc adamın kifayət qədər heyranı da var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət