Dərc edildi: Baxış sayı: 620
Bir milyon avroluq klassik avtomobillər zibillikdə aşkar edilib
Mütəmadi olaraq yüksək kolleksiya dəyəri olan avtomobillərin təsadüfən aşkar edildiyi barədə məlumatlar yayılır. Bu günlərdə də, belə maraqlı bir tapıntı barədə məlumat yayılıb. Çuvallarla dolu qarajda keçən əsrin 30-cu illərində istehsal edilmiş avtomobillər aşkar edilib. Bu avtomobillərin ümumi dəyəri bir milyon avronu üstələyir.
Aşkar edilmiş dörd avtomobildən üçü Bugatti, biri isə Citroen markasına məxsusdur. Bu avtomobillər içərisində ən bahalısı 1937-ci ilin Bugatti Type 57 Graber kabrioletidir. Bu model 600 min avroya qiymətləndirilir. Bundan başqa, Bugatti Type 49 Van Vooren, Bugatti Type 40 və Citroen 5HP modelləri də identifikasiya olunub.
Kolleksiya belçikalı heykəltaraşa məxsus olub. O, avtomobillərdən istifadə etməyib və onları incəsənət əsəri kimi öyrənib. 50-ci illərin sonlarından bu günə kimi avtomobillərə toxunulmayıb. Fevral ayında aşkar edilmiş raritetləri Parisdəki hərracda satmaq planlaşdırılır.
Mənbə: Autograph.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət