Slimfit
  1. İQTİSADİYYAT

Bir fikrə aşiq olmaq…

Bir fikrə aşiq olmaq…
Sakura

Bir fikrə aşiq olmaq…

“Bir fikrə aşiq olmaq…”

Nə ediriksə edək, etdiyimiz işə, o iş fikrinə sevgi ilə bağlı ola bilirik mi?

Ya da aşiq olduğumuz belə bir fikrə sahibik mi?

Yaşadığı cəmiyyətdə mənfi ab havadan şikayət edən, bu şərtlərdən sığına biləcəyi bir liman kimi görərək bəhanələrinin arxasında gizlənən, qismətinə əsəbləşərək üsyan edən, mövcud vəziyyəti qəbul edən, gerçəkləşməyəcəyini düşünərək xəyal belə qurmayan və xəyal qursa belə, xəyallarından o dəqiqə imtina edən insanlara mütləq şəkildə Nobel mükafatı qazanan Prof. Dr Əziz Sancarı örnək göstərərək özünün, Mardin şəhərinin Savur kəndində, oxumağı yazmağı bilməyən ancaq təhsilə önəm verən 8 uşaqlı bir ailədə doğulduğunu xatırlatmaq lazımdır. Bur anı xatırlayarkən, eyni zamanda onun dediyi bu fikirlərin zehnimizə yazılmasını həqiqətən düşünürəm. “ Çox çalışın. Nobel almaq önəmlidir amma ən önəmli birşey deyildir. Nə edirsinizsə edin amma ən yaxşısını etməyə çalışın. Mən tələbə ikən gündə 18 saat işləyirdim. Bu millətinizə, ailənizə Vətən namus borcudur.”  Və Prof. Dr. Əziz Sancar sözlərinə bu cümlə ilə davam edir. “ Çox insan zəkaya inanır, mən isə inanmıram, bizi bir birimizdən ayıran əməkdir, mən işləməyə inanıram.” demişdi.

Özünün danışıqlarını dinləyəndə işinə nə qədər sevgi duyan bir insan olduğunu, laboratoriya bağlananda saatlarla işinə özünü cəmləmiş bir şəkildə iş gördüyünü görərsiniz. Çünki Prof Dr. Əziz Sancar, bir fikri sevir və işini sevgi ilə edir.

Çatdığı yaşı bəhanə edərək, yeni bir şeylərə başlamaq üçün gec qaldığını düşünən və yaşlandığını ifadə edərək hər zaman həyatı ertələməyə davam edən insanlar mövcuddur. Və sayları təəssüf ki, az deyil. Bir şeyə gec qaldığını düşünən insanlara önəmli olanın “yaşlanmaq” deyil, “ yaş almaq” olduğunu da xatırlatmaq üçün  İlber Ortaylı müəllimin deyimi ilə “ Tələbələrinə uçmağı öyrədən “Tarixçi rəhmətlik Halil İnalcık müəllimi örnək göstərmək lazımdır”
İnalcık müəllim: “ 72 kitabım var, çoxunu 80 yaşından sonra yazdım. Bir şeyi sevdinizmi onda hərşeyi unudursunuz…” demişdi. Baxın özü “sevməkdən” bəhs edir. Çünki rəhmətlik İnalcık müəllim, bir fikri sevirdi. İşini zövqlə edirdi.

Unutmayın ki, zaman hərkəs üçün eynidir. Bəzi insanlar öyrənir, inkişaf edir, böyüyür. Bəziləri isə sadəcə yaşlanır. Gün var, aya bərabərdir. Ay var, ildən üstündür. İl var, ömürdən dəyərlidir.
Son olaraq sizlərə Mersinli, orta məktəb məzunu Ümmiye xanımdan bəhs edim. Özü film çəkərək qadınların problemlərini demək fikrini sevirdi. Ən böyük istəyi uzun metrajlı filmlər çəkmək idi. Bu istəyinin, xəyalının ardından qaçdı. Mersinin Arslan kəndindən çıxdı və bir Anadolu qadınını istədiyində nələr bacara biləcəyini bütün dünyaya göstərdi. Ən son olaraq İspaniyada bütün dünya tərfindən tanınan futbolçu Ronaldo ilə reklam filmində bir araya gəldi. Əslində Ümmiyə xanım bir fəxri rəmzdir. Xəyal qurmağın, bir fikrə aşiq olmağın, əsla əl çəkməməyin, mübarizə aparmağın, Anadolu qadını istədiyində, şərtlər nə olursa olsun nələr bacara biləcəyinin bir rəmzidir.

Sən yetər ki, Xəyal  Et…
Sən yetər ki, Bir Fikrə Aşiq OL…

İlkin Mirzəzadə, Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR