Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Bir aydır müalicə alan hərbçimiz dünyasını dəyişdi

Bir aydır müalicə alan hərbçimiz dünyasını dəyişdi
Sakura

Bir aydır müalicə alan hərbçimiz dünyasını dəyişdi

Bir ay əvvəl xəsarət almış və müalicə olunan əsgər İsmayılov Əli Vaqif oğlu dünyasını dəyişib. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Şəhid Əli İsmayılov Goranboy rayon Qaradağlı kənd sakini olub. 

Müdafiə Nazirliyi vəfat edən hərbçimizlə bağlı məlumat yayıb. Məlumatda deyilir: 

"Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR