İş adamları əbədi gəncliyə nail olmaq üçün sərmayə qoyurlar
Nə üçün insanlar gündə onlarla həb içir, DNT inyeksiya edir və özlərinə çiplər yerləşdirirlər.
Bioxakinq nədir və o hansı formada olur
Bioxakinq, qocalmanın yavaşladılması məqsədilə DNT mayaları ilə aparılan "qaraj" elmi təcrübələrindən, düzgün qidalanma və qida əlavələri ilə bədənin möhkəmləndirilməsindən tutmuş cavan insan qanının köçürülməsinə qədər bir çox fəaliyyət sahəsini əhatə edir.
Ümumiyyətlə, bioxakerlər, bioloji məhdudiyyətləri "pozaraq" öz bədənlərində maksimum yaşamaq istəyirlər.
Bioxakinqin üç əsas sahəsi var:
nutrigenomika ,
DIY biologiya,
Qrinderinq.
Nutriqenomiklər orqanizmdə qida və dərmanlar vasitəsilə fəaliyyət göstərirlər. Düzgün qidalanma və farmakoloji əlavələr vasitəsilə genlərin fəaliyyətinə təsir göstərməklə bədəninizi lazımi istiqamətdə dəyişdirə bilərsiniz.
DIY (ing. " Özün et") bioloqları öz təcrübələrini kustar şəraitdə həyata keçirirlər. Bil Qeyts və ya Stiv Jobsun qaraj təcrübələri kimi, yalnız biologiyada: DNT yetişdirilir və genetik olaraq dəyişdirilmiş orqanizmlər yaratmağa çalışılır.
Qrinderlər kimyəvi inyeksiya və implantlar vasitəsilə bədənə yeridilən qadjetler hesabına özlərini kiborqlara çevirərək inkişaf etdirirlər.
İmplantlar onlara, dərialtı çiplərin köməyilə elektron açar olmadan qapıların açılmasından tutmuş qanda qlükozanın səviyyəsinin müəyyən edilməsinə qədər hər şeyi etməyə imkan verir.
Əksər hallarda adi bioxakerlər bir neçə istiqaməti bir biri ilə birləşdirir.
Sula yarana bilər ki, hə nə olsun, bu işə yarayır ?
Bəli və xeyr. Yaxşı qidalanma və ya meditasiya kimi bioxakinqin bəzi sahələri illərlə tətbiq olunan təcrübə və yüzlərlə elmi araşdırmalarla öz təsdiqini tapmışdır. Sağlam həyat tərzi həqiqətən ürək-damar xəstəlikləri riskini azaldır, arıqlamağınıza kömək edir, zehni fəaliyyətinizi yaxşılaşdırır, depresiya ilə mübarizəyə kömək edir və hətta genlərə təsir göstərir.
Bununla belə, bioxakerlər çox vaxt etibarsız mənbələrə güvənir və tam sübuta yetirilməmiş üsullardan istifadə edirlər.
Məsələn, Silisium vadisindən olan məşhur bioxaker Deyv Aspri, Bulletproof Diet adlandırdığı bir pəhriz təklif etdi - "Gülləkeçirməz pəhriz ". Ancaq sonradan da məlum olduğu kimi, keyfiyyətsiz və ya kontekstdən çıxarılmış tədqiqata əsaslanmışdı.
2015-ci ildə Gizmodo nəşri gecə görmə qabiliyyətini təmin etmək üçün gözlərinə kimyəvi mürəkkəb xlor E6 inyeksiya edən bir bioxaker haqqında məlumat verdi. Bu maddə optik hüceyrələrin işığa həssaslığını artırır. Hiylə işə yaradı: kişi gecə meşədə hərəkət edən insanların siluetlərini ayırd edə bildi. Lakin bu cür müdaxilənin uzunmüddətli nəticələrinin nə olacağı hələ məlum deyil.
2018-ci ildə New York Times qəzeti, daxili qulaqlıq əldə etmək üçün RFID çiplərini bədənlərinə elektron açar kimi yerləşdirən və ya qulaq gücləndiricilərini qulaqlarına taxan qrinders haqqında məlumat verdi. Ancaq bu cür müdaxilələr infeksiyaya səbəb ola bilər və xərçəng riskini artırır.
Bioxakerlər öz sahələrində əsl qabaqcıllardır və çox vaxt təcrübi metodlardan istifadə edirlər. Bəzilərinin gələcəkdə effektiv nəticələr göstərməsi, bəzilərinin isə zibiliyyə atılması mümkündür. Ancaq bu günə qədər heç kim bioxakinqin işlədiyinii və bunun zərərsiz olduğunu söyləyə bilməz.
Bu nə ilə təhlükəlidir?
Bioxakinqin bəzi formaları təhlükəsizdir. Məsələn, siz rahatca bio əlavələri ayrıca qəbul edə və ya öz qida rasionunuza daxil edə bilərsiniz.
Əgər RFID çiplərinin implantasiyası təcrübəli həkimlər tərəfindən həyata keçirilsə, orqanizmə heç bir zərərli təsir göstərməz.
Bioxakinq bilinməyən çox şeyin olduğu həvəskar təcrübi intizam olduğuna görə təhlükələr də çoxdur. Bir neçə nümunə
Preparatlar
Məşhur rus bioxaker Serqey Faqe hər gün 70 həb qəbul edir. Heç bir həkim bu qədər dərman istifadə etməyinizin nəticəsinin nə olacağını əminliklə söyləyə bilməz, çünki heç kim belə bir araşdırma aparmayıb. Bundan əlavə, kifayət qədər zərərsiz qida əlavələrinin əksinə, bioxakerlər modafinil, metformin və litium preparatları kimi çox təhlükəli dərmanlardan istifadə edirlər.
Ac qalma
Bu populyar "özünü qırma" texnologiyası çoxları üçün təhlükəsiz görünür. Əslində, qidalanma pozğunluğuna (anoreksiya, bulimiya), ürək çatışmazlığına, infeksiya riskinin artmasına və digər problemlərə səbəb ola bilər.
DNT- yə müdaxilələr
Bioxakinq startapı olan Odin-in qurucusu Cosiya Zayner öz DNT- nə əzələ supergücü genini əlavə edən inyeksiya etdi. Bundan əvvəl, o qaranlıqda parlamaq üçün özünə meduza genləri yeritməyə çalışdı. Təcrübə uğursuz oldu, amma Cosiya bunun təhlükəsiz olduğunu iddia etməyə başladı, çünki onunla pis heç nə baş vermədi. Həkimlər onun təcrübələrini təkrarlamamağı məsləhət görürlər. Uzunmüddətli perspektivdə bunun nəyə gətirəcəyini heç kim bilmir və başqa risklər də var, məsələn, təhlükəli hansısa infeksiyaya yoluxa bilərsiniz.
Nəcis köçürülməsi
Başqasının nəcisindən bakteriyaların köçürülməsinin bağırsaq fəaliyyətini yaxşılaşdırdığına və həzm yolu xəstəliklərini müalicə etdiyinə inanılır. Tədqiqatçılar bu metodun effektivliyi ilə bağlı hələ yekdil bir fikrə gəlməsələr də, bioxakerlər bundan var gücləri ilə istifadə edirlər. Düzdür, təcrübəçilərdən biri antibiotikə davamlı infeksiyaya yoluxaraq ölüb.
Bu qədər məşhur olmasının səbəbi nədir?
Bioxakinq təhlükəlidir və heç bir nəticəyə zəmanət vermir. Həm də o çox bahadır. Həmin Sergey Faqe, onun yenilənməsinə 200 min dollar xərcləyib. Digər tanınmış təcrübəçilər də heç də daha az pul xərcləmirlər.
Ancaq əbədi və xəstəliksiz yaşamaq cəhdi məhvedilməzdir. Herontoloq Obri de Qrey iddia edir ki, bioxakinqin köməyi ilə insanlar özlərini çox yaxşı hiss edərək 1000 il yaşaya biləcəklər. Onun qeyri-kommersiya təşkilatı olan Mafusaila fondu böyük investisiyalar cəlb etmişdi. Təkcə PayPal-ın qurucusu Piter Tildən 6 milyon dollar daxil olmuşdu. Son illərdə milyonlarla dollar qazanan daha çox bioxakinq startapları ortaya çıxır. AngelList saytında bioxaker şirkətlərinə investisiya qoyan 542 investorun siyahısı var.
İş adamları əbədi gəncliyə nail olmaq üçün sərmayə qoyurlar.
Nə qədər ki qoyduqları sərmayənin nəticələr verəcəyinə ümidlər var, bioxakinq inkişaf etməyə davam edəcəkdir.
Nəticə
Onun əsas potensialı - profilaktikadır. Böyük əczaçılıq xəstəliklərə qarşı mübarizədə bir çox mənbəyə diqqət yetirir, lakin gündəlik məhsuldarlığını artırmaq istəyən sağlam insanlar üçün təsirli məhsullar çatışmazlığı var. Bioxakinq bu problemi həll edir. Texnoloji sahibkarlara böyük əczaçılığın buraxdığı boşluğu doldurmaq üçün səlahiyyət verir. Bioxakinq biotexnologiyanın da inkişafına təkan ola bilər, necə ki Stiv Jobs atasının qarajında Apple- i qurmuşdu.
Mənbə: health.mail.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət