Binəqədidə yaradıcılıq festivalı keçirilib
Binəqədi rayonunda Azərbaycan xalqının milli qurtuluş gününə həsr edilmiş “Azərbaycan Səninlədir, Sənsiz deyil ” adlı IX yaradıcılıq festivalı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Millət vəkilləri, Kamaləddin Qafarov, Madər Musayev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BRİH başçısının müavinləri, BRİH başçısı Aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və digər qonaqlar iştirak ediblər.
Natiqlər bildirdilər ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub. Bir sözlə, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət