Slimfit
  1. AZƏRBAYCAN

Bilik Fondu Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq edəcək

Bilik Fondu Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq edəcək
Sakura

Bilik Fondu Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda görüş keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə qurumlar arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənəddə əhalinin qida təhlükəsizliyi sahəsində birgə tədris proqramlarının və materiallarının hazırlanması, mütəxəssislərlə bağlı məlumat bankının yaradılması, birgə konfrans və seminarların, dəyirmi masa və təqdimatların, mühazirə və təlimlərin təşkili, sosioloji sorğuların aparılması, intellektual müsabiqələrin və bilik yarışlarının keçirilməsi, sosial videoçarxların, qısametrajlı sənədli filmlərin hazırlanması və nümayişi, tədqiqat proqramlarının və layihələrin tərtibi, istehsalçılar və istehlakçıların maraqlarının müdafiəsi ilə bağlı tədbirlərin təşkili, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və müvafiq məlumat bankının yaradılmasına dair birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Sadiq Məmmədov tərəflərin fəaliyyətində oxşar cəhətlərdən söz açıb, hər iki qurumun strategiyasının əsasında maarifləndirmə siyasətinin prioritet olduğunu bildirib. O, təhlükəsiz qidalardan düzgün istifadəetmə qaydaları, belə qidaların növləri, tərkibi barədə məlumatların əhaliyə düzgün və dolğun çatdırılmasında, əhalinin dövlətin bu sahədə həyata keçirdiyi islahatların mahiyyəti ilə bağlı maarifləndirilməsində birgə fəaliyyətə ehtiyac olduğunu söyləyib, bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov yeni ildə ilk əməkdaşlıq sazişinin Qida Təhlükəsizliyi İnstitutu ilə imzalandığını diqqətə çatdıraraq, uğurlu başlanğıcın səmərəli nəticələr verəcəyinə əminliyini bildirib.

O.Səmədov indiyədək 50-dən çox müəssisə və təşkilatla əməkdaşlıq sazişinin imzalandığını, on bölgədə Bilik evinin, 76 şəhər və rayonda isə fondun nümayəndələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Qida Təhlükəsizliyi İnstitutunun bölgələrdəki laboratoriyaları ilə Bilik evlərinin yerli əhalinin maarifləndirilməsi istiqamətində birgə fəaliyyətinin faydalı olacağına əminliyini ifadə edib.

İcraçı direktor Prezident İlham Əliyevin əhalinin sağlam qidalanmasına böyük önəm verdiyini, bu istiqamətdə görülən işlərə xüsusi diqqət göstərdiyini, qida təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirdiyini vurğulayıb. Qeyd edib ki, reallaşdırılacaq birgə layihələrin mahiyyəti məhz bu amillərə əsaslanmalı, hər bir fərdin sağlam qidalanmasında maarifçilik hərəkatının üzərinə böyük məsuliyyət düşməlidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR