Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş təşkil etdi
Bu il ali məktəblərə yüksək ballarla qəbul faizi ötən illərlə nisbətdə artıb. Bu artım qəbul imtahanlarında 700 bal toplayanlarla müqayisədə özünü daha qabarıq göstərib. Azərbaycan Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, yüksək bal toplayanlarla görüş keçirir və onları bu yüksək nəaliyyətlərinə görə təbrik edir.
Fonddan Trend-ə verilən məlumata görə, sentyabrın 1-də belə bir görüş Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilib. Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü və Fondun təşkilatçılığı ilə rayonun yüksək bal toplayan tələbələri, onların valideynləri, icra hakimiyyəti nümayəndələri, müəllimlər və yaxın bölgələrdə fəaliyyət göstərərən jurnalistlər “dəyirmi masa” ətrafına toplaşıblar.
Fondun yerli nümayəndəsi görüşü açaraq, təmsil etdiyi qurumun gənclər və yeniyetmələrlə birgə həyata keçirdiyi layihələrdən danışıb, gələcəkdə yerli nümayəndələrin fəaliyyətində intensivliyin və effektivliyin artırılması məqsədilə hazırlanmış planın icra mexanizmlərini diqqətə çatdırıb. Bildirib ki, Fond gənclərlə əlaqələrinin daha sıx müstəvidə qurulmasının vacibliyini əsas götürərərək, dərnəklər və klublar təsis edib, bu çərçivədə mühüm işlər görülüb.
Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətşisi Elnur Bağırıov rayon rəhbərliyinin təhsilin inkişafı istiqmətində dövlət səviyyəsində həyata keçirilən islahatlara yaxından dəstək verdiyini, şagirdlərin yüksək dərəcədə təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Fondla yerli İcra Hakimiyyəti arasında geniş əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edən E.Bağırov rayon gənclərinin bu il ali məktəblərə qəbul olma səviyyəsinin statistikasını açıqlayıb.
Əməkdar müəllim Seyran Səfərov nəinki Neftçala rayonunun, bütün ölkənin yüksək bal toplayan tələbələrlə fəxr etdiyini deyib. Qeyd edib ki, rayonun yüksək balla ali məktəbə qəbul olan məzunları orta məktəbədə oxuduqları illərdə artıq özləri barələrində müsbət fikir formalaşdırıblar. Gələcəyin daha da işıqlı olacağına əminliyini bildirən S.Səfərov savadlı mütəxəssilərin yetişməsində dövlət qayğısının kifayət qədər böyük olduğunu deyib və ictimaiyyəti indiki nəslə güvənməyə çağırıb.
Tədbirdə Bilik Fondunun mətbuat katibi, jurnalistika üzrə “Tərəqqi” mükafatına layiq görülmüş Ceyhun Musaoğlu “Seçdiyiniz peşəni sevin” mövzusunda hazırladığı məruzəsinə başlamazdan öncə valideynləri və müəlimləri təbrik edib. Bildirib ki, hər üç tərəfin – şagird, valideyin və müəllimin sağlam əqidə ətarfında birliyi mütləq yüksək nəticə verməliydi.
C.Musaoğlu “Seçdiyiniz peşəni sevin” mövzusundakı çıxışında bilikli və bacarıqlı mütəxəssisə çevrilməyin vacibliyindən və bu mərtəbəyə yüksəlməyin yollarından danışıb. Onun sözlərinə görə, universitet illərində hər dəqiqənin qədrini bilmək, vaxtı boşa sərf etməmək, bu günün işini sabaha qoymamaq, keçilən dərsi həmin gün öyrənmək, ixtisasın özəlliklərinə dərindən bələd olmaq peşəkar mütəxəssis olmağa aparan yolun başlanğıcıdır.
Bilik Fondunun fəaliyyətindən söz açan mətbuat katibi tələbələrin təmsil olunduqları “Gənc jurnalistlər”, “Tariximizi öyrənək və öyrədək”, bu yaxınlarda fəaliyyətə başlayacaq “Diplomatlar”, “Kinoklub” və bu görüşün davamı olaraq, hazırlanacaq “İntellekt” klublarının mahiyyəti barədə fikirlərini açıqlayıb. O, tələbələrin diqqətinə çatdırıb ki, “İntellekt” klubunda xüsusən ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr təmsil olunacaqlar, klub onların daha mükəmməl təsil almaları, dövlətə, Vətənə, cəmiyyətə layiqli vətəndaş kimi formalaşmaları naminə fəaliyyət göstərəcək, müxtəlif səpkili layihələrlə qarşıya qoyulan məqsədə çatmağa səy göstəriləcək.
Natiq Prezident İlham Əiyevin “Gələcək gənclərindir” fikrinə istinad edərək, indiki nəaliyyətlərinin qarşılığnda bu gələcəyin həqiqətən gözəl olacağına hər bir azərbaycanlının inandığını söyləyib və tələbələri bu inamın möhkəmlənməsində Bilik Fondunun fəaliyyətinə güvənməyə dəvət edib.
“Dəyirmi masa”da orta məktəbi qızıl medalla bitirən məzunlar – rayon Xıllı Qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Raya Səfərova, Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Sevil Qarayeva, şəhər 4 nömrəli tam orta məktəbin məzunu Rəsul Əliyev ürək sözlərini dilə gətiriblər. Onlar ölkə və rayon rəhbərliyinə, müəllimlərə, valideynlərə çəkdikləri əziyyətə görə dərin minnətdarılıqlarını bildiriblər, belə görüşlərin mütəmadi olmasını arzuladıqlarını söyləyiblər. Söz veriblər ki, gələcəkdə Vətənin onlara inamını tam doğruldacaqlar.
Sonda Heydər Əliyev Muzeyində ekskursiya təşkil olunub, tələbələr Fondun nümayəndəsi ilə birlikdə Ulu öndər Heydər Əliyev haqqında hazırlanan şəkil-ekspozisiyası ilə tanış olublar, Ümummilli liderin keçdiyi şərəfli ömür yolu barədə geniş bilgilər əldə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət