Dərc edildi: Baxış sayı: 894
Biletlərin şəklini çəkib paylaşmayın! Bu olduqca təhlükəlidir!
Bu səhvi hamımız edirik! Hətta təyyarədən çıxdıqdan sonra belə biletləri heç vaxt atmayın və şəklini belə çəkib paylaşmayın! Bu olduqca təhlükəlidir!
Bəzi adamlar fəxr edir ki, xaricə gedirlər, pasportun, biletlərin şəklini çəkib sosial şəbəkələrdə paylaşırlar, bəziləri isə təyyarədən düşən kimi elə oradaca zibil yeşıyinə tullayırlar. Ancaq bunun necə təhlükəli olduğunu ağıllarına belə gətirmirlər.
Onlar çox ciddi səhvə yol verirlər.
Nazirliyin eksperti Uinston Kron izah edir: Ştrix-kod hər bir talonda var və o, sərnişin haqqında şəxsi məlumat: Onun adı, ev və elektron poçt ünvanı, telefon nömrəsi, bəzən də sizin maliyyə məlumatı belə var!
Əlbəttə, əgər hər hansı xaker talondakı ştrix-kodu götürsə,, sizin bütün məlumatları təhlükə altında olacaq!
İndi isə sadəcə təsəvvür edin: Siz sevinə-sevinə Facebookda biletlərinizi paylaşıb, gedirsiniz tətilə.Oğru sizin biletləri görür, bilir ki, yaxın bir həftə ərzində evdə olmayacaqsınız, hətta ünvanınızı belə bilir! Və ya daha pis: Hava limanının əməkdaşı sizin talonu tapır, sizin mənzili qarət etmək üçün kiməsə məlumat verirVə ya bank hesabınızdan asanlıqla pul çıxarır.
Əmin olun ki sizin biletləriniz sizin çantanızdadır və səfər bitəndən sonra isə onu ya yandırın, ya da elə tikələrə ayırın ki, oxumaq mümkün olmasın!
Və əlbəttə ki, heç vaxt biletlərin şəklini çəkməyin!
Yoxsa sizin gizli məlumatlar cinayətkarların əlinə düşə bilər!
Mənbə: Azadqadin.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət