Slimfit
  1. AZƏRBAYCAN

Bəzi toxumçuluq təsərrüfatları toxumların mövcud qaydalara uyğun təmizlənməsinə tam əməl etmirlər

Bəzi toxumçuluq təsərrüfatları toxumların mövcud qaydalara uyğun təmizlənməsinə tam əməl etmirlər
Sakura

Bəzi toxumçuluq təsərrüfatları toxumların mövcud qaydalara uyğun təmizlənməsinə tam əməl etmirlər

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Ağdaş, Göyçay rayonlarında toxumçuluq təsərrüfatlarında olub və toxum istehsalçıları ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İmran Cümşüdov toxumçuluq təsərrüfatlarında istehsal olunmuş toxumun anbarda saxlanılmasına, təmizliyinə, qablaşdırılmasına və etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirib. Görüşdə İmran Cümşüdov taxılçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq, toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. İ.Cümşüdov daim fermerlərin yanında olmağı və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə çatdırıb.

Xidmət rəisi bildirib ki, bəzi toxumçuluq təsərrüfatları toxumların mövcud qaydalara uyğun təmizlənməsinə, kondisiyaya çatdırılmasına tam əməl etmirlər. Bu da son nəticədə istehsalçı fermerlərin yüksək və keyfiyyətli məhsul əldə etməsinə mənfi təsir göstərir.

Görüşdə İmran Cümşüdov qeydiyyata alınmış toxum partiyalarından nümunələrin vaxtında götürülməsi, keyfiyyət analizlərinin aparılması, şəffaflığın təmin olunması, toxumçuluqda yeni, innovativ texnologiyaların tətbiqi, toxumçuluq sisteminin yenidən qurulması ilə bağlı qarşıda duran vəzifələr barədə danışaraq, müvafiq məsləhət və tövsiyələrini verib.

Səfər çərçivəsində Göyçay Sort-Sınaq Məntəqəsində aparılan müxtəlif bitkilərin sort–sınaq işlərinin nəticələri ilə tanışlıq olub, mövcud çatışmazlıqların qısa vaxtda aradan qaldırılması üçün tapşırıqlar verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR