Slimfit
  1. DÜNYA

"Beyrut partlayışında 6 Türkiyə vətəndaşı xəsarət alıb" – Çavuşoğlu

"Beyrut partlayışında 6 Türkiyə vətəndaşı xəsarət alıb" – Çavuşoğlu
Sakura

"Beyrut partlayışında 6 Türkiyə vətəndaşı xəsarət alıb" – Çavuşoğlu

Beyrut limanında baş verən partlayış nəticəsində ən azı 6 Türkiyə vətəndaşı yaralanıb.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” səhifəsində elan edib.

Onun sözlərinə görə, onlardan beşi yüngül xəsarət alıb, altıncısı əməliyyat olunub, vəziyyəti yaxşılaşır.

Avqustun 4-də Beyrut şəhərindəki limanda güclü partlayış baş verib.

Ölkənin Daxili İşlər Nazirliyi bunun ammonium nitrat olan bir anbarda baş verdiyini bildirib. Livanın baş naziri Həsən Diab partlayışa 2750 ton ammonium nitratının düzgün saxlanılmamasının səbəb olduğunu deyib.

Yaxınlıqda, həmçinin partlayış yerindən bir neçə kilometr radiusda yerləşən tikililərin şüşələri sınıb, binaların bir hissəsi dağılıb.

Ən son məlumatlara görə, yüzdən çox adam ölüb, dörd min insan yaralanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR