Slimfit
  1. MARAQLI

Beynin sirli həyatı: bizim tənbəlliyimizin səbəbləri

Beynin sirli həyatı: bizim tənbəlliyimizin səbəbləri
Sakura

Beynin sirli həyatı: bizim tənbəlliyimizin səbəbləri

Dünya dəyişib, beyin isə müasir şəraitə uyğunlaşmayıb və elə fikirləşir ki, guya biz hələ də cəngəllikdə yaşayırıq.

XXI əsrdə xəyallarını gerçəkləşdirmək üçün bütün şərait var. Amma az adam soyuducuya tərəf deyil, fitnesə getməyə, öz tənbəlliyinin öhdəsindən gəlməyə və ya seriala baxmaq əvəzinə onlarla xarici söz öyrənməyə qadirdir. Nəfsinin öhdəsindən gəlmək və işləri sabaha keçirməmək isə ümumiyyətlə super qəhrəmanın bacarığıdır. Görünür ki, avstriyalı psixoanalitik Ziqmund Freyd həqiqətə yaxın idi: insanı şüur deyil, instinktlər idarə edir.

İnstinktlər və digər psixi proseslərə öz növbəsində beyin cavabdehdir. Onu da şərti olaraq yaşlı (limbik sistem) və cavan (neokorteks) bölmək olar. İnstinktlərə elə birinci, ikinci isə şüurlu fəaliyyətə cavabdehdir. Siz peçenye yemək, partnyorla görüşmək, sosial şəbəkələrdə vaxt keçirmək istəyəndə yaşlı beyin aktivləşir. Layihəyə başlamaq lazım olanda isə cavan beyin aktivləşir. Məhz bu cavan beyin böyük miqdarda enerji (bütün bədənin 15% enerjisinə qədər) sərf edir və qədim beyindən fərqli olaraq sağ qalmaq və artımın qayğısına qalmır, bu funksiyalar isə növün saxlanması üçün ən vacib funksiyalardır. Buna görə də orqanizm mümkün qədər az düşünməkdə maraqlıdır.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR