Slimfit
  1. İQTİSADİYYAT

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyanın yeni rəhbəri sabah hökumətə təqdim ediləcək

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyanın yeni rəhbəri sabah hökumətə təqdim ediləcək
Sakura

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyanın yeni rəhbəri sabah hökumətə təqdim ediləcək

Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyanın yeni rəhbəri Natalia Tamirisa sabah Bakıya gələcək. 

Bunu "Report"a ekskluziv açıqlamasında Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd əl Qorçu deyib.

O bildirib ki, Natalia Tamirisa  Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Maliyyə Nazirliyi və başqa iqtisadi qurumlarda görüş keçirəcək: "Mən özüm Azərbaycana dünən gəldim. Amma sabah missiyanın yeni rəhbəri Natalia Tamirisa gələcək. Onu hökumətin iqtisadi blokuna təqdim edəcəm".

İMF rəsmisi yenidən Azərbaycan üzrə missiyasına rəhbərlik etməməsinin səbəbinə də aydınlıq gətirib: "Valyuta Fondunun qaydalara görə, bir dəfə seçilmək hüququm var və 3 il bu vəzifəni tuta bilərəm. İMF-in 190-a qədər üzvü var. Onlardan hər birində missiyanın rəhbəri vəzifəsinə təyinat ala bilərəm. Hazırda isə işimi Qatarda davam edirəm".

“Report” məlumat verdiyi kimi, Natalia Tamirisa IMF-in Azərbaycan üzrə missiyanın rəhbəri olaraq vəzifəsinin icrasına 2019-cu ilin yanvar ayından başlayıb. Onun Azərbaycana səfəri aprelin 11-dək davam edəcək və hökumətlə tanışlıq məqsədi daşıyır.

1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR