Slimfit
  1. AZƏRBAYCAN

Beynəlxalq Əlillər Günü münasibəti ilə Şağanda tədbir keçirilib

Beynəlxalq Əlillər Günü münasibəti ilə Şağanda tədbir keçirilib
Sakura

Beynəlxalq Əlillər Günü münasibəti ilə Şağanda tədbir keçirilib

3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə YAP Xəzər rayon təşkilatı, Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Sağan Mədəniyyət Mərkəzində “Həyata Gülümsə” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Rayon İcra Hakimiyyətinin Başçısının müavini Lalə Əhmədova və YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının sədri Pərvanə Hacıyevanın iştirakı ilə əlil və fiziki qüsurlu iştirakçıların əl işlərindən ibarət sərgiyə baxılıb.

Tədbirdə Şağan Müharibə Əlilləri üçün Pansionatında müalicə alan əlillərin, sağlamlıq imkanları məhdud valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internatın şagirdlərinin əl işlərindən ibarət sərgisi, Şağan Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin fiziki qüsurlu üzvləri tərəfindən çəkilmiş rəsm əsərləri nümayiş etdirilib və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbin şagirdlərinin rəqs nömrələri və tamaşaları göstərilib. Tədbir iştirakçıları tərəfindən bir neçə rəsm əsəri və əl işləri xeyriyyə məqsədi ilə satışı keçirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR