Dərc edildi: Baxış sayı: 608
Beynəlxalq Biologiya Olimpiadasında ölkəmiz 4 şagirdlə təmsil olunacaq
İyulun 15-dən 22-dək İranın paytaxtı Tehranda 29-cu Beynəlxalq Biologiya Olimpiadası (IBO 2018) keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi beynəlxalq bilik yarışında 4 şagird təmsil edəcək. Dünyanın 70 ölkəsindən 280 məktəblinin iştirak edəcəyi olimpiadada şagirdlər nəzəri və praktiki turlarda yarışacaqlar.
Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz bu günədək 3 qızıl, 6 gümüş və 11 bürünc olmaqla ümumilikdə 20 medal qazanıblar. Olimpiada ilk dəfə 1990-cı ildə Çexiyada 6 ölkədən olan 22 məktəblinin iştirakı ilə keçirilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət