Dərc edildi: Baxış sayı: 636
Beynəlxalq Basketbol Federasiyasının yeni prezidenti müəyyənləşib
Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yeni prezidenti müəyyənləşib.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, FIBA-nın Çinin paytaxtı Pekində keçirilən konqresi çərçivəsində reallaşan prezident seçkisində malili Hamane Nyanq yekdilliklə bu postda layiq bilinib.
Seçkidə quruma üzv olan 156 milli federasiyanın nümayəndəsi iştirak edib.
Bunadək FIBA-nın vitse-prezidenti, eyni zamanda Afrika üzrə prezidenti olan Nyanq 2023-cü ilə qədər quruma rəhbərlik edəcək. O, bu postda 2014-cü ildən prezident olan argentinalı Orasio Muratoreni əvəzləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət