Slimfit
  1. CƏMİYYƏT

Beynəlxalq Bank gecikən kreditləri təqaüdlərdən tutur

Beynəlxalq Bank gecikən kreditləri təqaüdlərdən tutur
Sakura

Beynəlxalq Bank gecikən kreditləri təqaüdlərdən tutur

Azərbaycan Beynəlxalq Bankı (ABB) kredit almış müştərilərin gecikən aylıq ödənişlərini pensiya, maaş kartlarından tutmağa başlayıb. 

Ens.az xəbər verir ki, "AzPolitika.info"-ya bu barədə məlumat verən vətəndaşlardan biri deyib ki, təqaüd alarəkən onun bir hissəsinin tutulduğu məlum olub.

"Mən 219 manat təqaüd alıram. Beynəlxalq Bankdan kreditim var, təqaüdümü də bu bank vasitəsi ilə alıram. Son ayda gecikməmiz oldu, aylıq ödənişi vaxtında ödəyə bilmədik. Dünən pensiya alarkən kreditin həcmi qədər əksik verdilər. Bu barədə bizə əvvəldə nə yazılı, nə də şifahi məlumat verilməyib"-deyə adının çəkilməsini istəməyən müştəri qeyd edib.

Vətəndaşın sözlərinı görə, məhz təqaüdçü olduğuna görə, həyat yoldaşına və evli olan oğluna 190 manat birdəfəlik yardım verilməyib: "Bütün ailə mənim pensiyamın ümidinədir, onu da bank tutub əlimizdən aldı. İndi biz necə dolanmalıyıq?"

Hüquqşünas Hafiz Həsənov sayta şərhində bildirib ki, yalnız təqaüdçü deyil, ümumiyyətlə kredit götürmüş hər hansı şəxsin özünün məlumatı olmadan bank kartından kreditin tutulması qanunsuzdur: "Buna yalnız buna kredit götürən şəxsin razılığı olduqda yol verilir. Əgər şəxs götürdüyü kredit üzrə ödəmələri vaxtında etmirsə və ya edə bilmirsə, bu halda ödəmələrin kredit götürən şəxsin digər vəsaitlərinə yönəldilməsi məhkəmə qərarı ilə müəyyən edilir. İndiki halda özünün məlumatı və razılığı olmadan təqaüd kartından kredit ödəmələri tutlan şəxs bununla bağlı maliyyə bazarlarına nəzarət funksiyasını həyata keçirən Mərkəzi Banka şikayət edə və ya məhkəməyə müraciət edə bilər".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR