Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Beyinin yaxşı işləməsi üçün bu ədviyyatdan istifadə edin

Beyinin yaxşı işləməsi üçün bu ədviyyatdan istifadə edin
Sakura

Beyinin yaxşı işləməsi üçün bu ədviyyatdan istifadə edin

Zəncəfil əlavə olunmuş qidaların və zəncəfil çayının istehlakı beyinin aktivliyini artır və yaddaşı daha möhkəm edir.

Tailand alimləri yeni araşdırma zamanı sübut ediblər ki, zəncəfil beyinin əsas funksiyalarını xeyli yaxşılaşdırır.

Saglamolun.az zdr.ru-ya istinadla xəbər verir ki, araşdırmada 60 orta yaşlı qadın iştirak edib. Qadınlar 2 qrupa bölünüb. Zəncəfil ekstraktını qəbul edən qadınlarda yaddaşın yaxşılaşması qeyd olunub.

Alimlərin sözlərinə görə, zəncəfil beyinin qocalmasını ləngidir, beyin hüceyrələrini (neyronlar) qoruyur. Həmçinin zəncəfil baş ağrıları zamanı kömək edir.

Mütəxəssislər zəncəfili xüsusilə imtahanlara hazırlaşanlara və əqli fəaliyyəti ilə məşğul olanlara istehlak etməyi tövsiyə edirlər. Zəncəfili yeməklərə əlavə etmək və çay kimi dəmləmək olar.  

Zəncəfilin bir çox digər faydalı xüsusiyyətləri də vardır:

- immun sistemini möhkəmləndirir

- həzm sisteminə müsbət təsir edir

- orqanizmdə iltihabları azaldır

- mikrob və virus əleyhinə təsirə malikdir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır

- arıqlamağa kömək edir.        

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR