Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Beyini qoruyan, arıqladan, qəbizlikdən xilas edən qeyri-adi məhsul

Beyini qoruyan, arıqladan, qəbizlikdən xilas edən qeyri-adi məhsul
Sakura

Beyini qoruyan, arıqladan, qəbizlikdən xilas edən qeyri-adi məhsul

Kərəviz bizdə kifayət qədər yaxşı tanınsa da onun qalın gövdələri və kökü demək olar ki, istifadə olunmur.

Lakin məhz bu gövdələr kərəvizin ən faydalı hissəsidir. Saglamolun.az bildirir ki, qidalı liflərlə olduqca zəngin olan bu gövdələr bağırsağı əla təmizləyir, qəbizliyin qarşısını alır.

Həmçinin kərəvizin gövdələri "mənfi kalorili" məhsuldur. 100 qr kərəviz gövdələrinin enerji dəyəri yalnız 18 kkal-dir. Lakin bu məhsulun həzmi üçün orqanizm daha çox kalori sərf edir. Məhz bu səbəbdən kərəvizin gövdələri bir çox pəhrizlərə daxil edilir. Arıqlamaq istəyirsinizsə, mütləq bu məhsula fikir verin.

Kərəviz C vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığını qoruyur, dərini daha cavan və elastik edir.

Həmçinin yeni araşdırmalar göstərib ki, onun tərkibində olan bəzi maddələr beyini qoruyur, beyində gedən qocalma proseslərini ləngidir, yaddaşı möhkəmləndirir.

Kərəvizin tərkibində olan "apigenin" adlı maddə güclü xərçəng əleyhinə təsirə malikdir.

Kərəviz gövdələri və kökü supermarketlərdə satılır. Kərəviz gövdələrini salatlara, smuzilərə, suplara, istənilən digər yeməklərə əlavə etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR