Beyin
Beyin — insan orqanlarından biri.
Heyvan anatomiyasında beyin və ya ensefalon (yunanca), mərkəzi sinir sistemini yönəldən mərkəzdir. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşmişdir. Bütün onurğalılarda beyin olduğu kimi, onurğasızlarda da mərkəzləşmiş beyin və ya bir birindən ayrı ganglionlar topluluğu vardır. Beyin çaşdırıcı dərəcədə qarışıq və mürəkkəb ola bilər. Məsələn, insan beyni 100 milyarddan çox neyrondan ibarətdir və bu neyronların hər biri, özü kimi 10.000 dənə üzvü ilə əlaqə yaradır. Beyinə daxil olan və çıxan sinir impulsların sürəti saatda 270 kilometrə bərabərdir.Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur.Alimlər iddia edirlər ki,insanın intellekt səviyyəsi nə qədər yuksəkdirsə bir o qədər çox yuxu görür.
Vəzifələri
Beyin duyğu orqanlarını və hormonların ifrazatını idarə edər. İradi hərəkətlərin idarə mərkəzidir. Qan təzyiqi, vücud istiliyi, susamaq və acıqmağı idarə edir. Zehin, iradə, hirs mərkəzləri beyində yerləşir .
Ağıl və Beyin
Beynin tərifi: Kəllənin içindəki, bütün elektrokimyəvi neyroni hərəkətlərdən məsul fiziki rəhbərlik mərkəzidir. Ağıl isə, inanç və ya istək kimi öz zehni ixtisasları ilə əlaqəlidir. Bəzi baxımlara görə ağıl beyindən bir şəkildə istiqlaliyyəti vardır. bircür ruh kimin. Bəzi fikirlərə görə: ağıl bir kompüter yazılımına(Software), beyin isə donanımına(Hardware) bənzəyir.
İdarəetmə Mərkəzi: Beyin
İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobili sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilirik. Bir çox işi eyni anda yerinə yetirməyimizə baxmayaraq qarşımızdakı avtomobillər və ya piyadalarla toqquşmuruq. Eyni anda ayaqlarımız ilə qaz pedalını idarə edirik. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayırıq. Söhbətə qaldığımız yerdən davam edir və ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edirik. Qısaca desək, insan beyninin qeyri-adi qabiliyyəti sayəsində eyni anda bir çox işi görə bilirik. Bu uyğunluğu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birlərilə əlaqəsidir.
Xarici aləmdəki cisimlərdən beyinə gələn və milyonlar, hətta milyardlarla ifadə edilən siqnallar böyük uyğunluq içində beyində analiz edilir, daha sonra dəyərləndirilir və hər birinə lazımi qiymətlər verilir. Bu qarışıq sistemin işləməsi heç dayanmadan, həyatımız boyu davam edir. Biz də bu sayədə görür, eşidir, hiss edir, qısası, yaşayırıq. Beyindəki bu qüsursuz sistemi əmələ gətirən ən mühüm ünsürlərdən biri sayı 10 milyarda çatan sinir hüceyrələridir. Beyindəki sinir hüceyrələri digər bütün hüceyrələrdən fərqli olaraq elektrik axınları ilə işləyir və bu elektrik axınları sayəsində məlumat mübadiləsi edir, məlumat saxlayırlar.
Sinir hüceyrələrinin bir-birlərilə əlaqəsini, dolayısı ilə beyindəki ahəngi təmin edən sinir hüceyrələrindəki xüsusi quruluşdur. Beyindəki 10 milyard hüceyrənin 120 trilyona yaxın əlaqəsi var və bu 120 trilyon əlaqənin hamısı doğru yerdədir. Əgər bu əlaqələrdən hər hansı biri səhv yerdə olsaydı, nəticəsi çox ağır olardı. Hətta insanların həyati funksiyalarını yerinə yetirməsi mümkün olmazdı. Ancaq belə bir şey baş vermir və bəzi xəstəliklər istisna olmaqla bütün insanlar onlar üçün təbii olan, amma əslində ardında trilyonlarla möcüzəvi prosesin baş verdiyi həyat yaşayırlar.
Beyindəki bir-birilə əlaqədar işləyən bu quruluş da insan bədənindəki digər bütün sistemlər kimi hər mərhələsində mükəmməl xüsusiyyətlərə malikdir. Beyinin milyonlarla funksiyasını tam səhvsiz, qarışıqlıq salmadan yerinə yetirməsinin səbəbi isə onun bu xüsusiyyətlərlə birlikdə yaradılmasıdır
Elektrik Siqnallarından İbarət olan Dünya
Yaşadığımız dünya ilə bağlı bütün məlumatlar bizə beş duyğu vasitəsiylə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Doğulduğumuz gündən etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın duyğu üzvlərimizin bizə tanıtdığından fərqli ola biləcəyini heç vaxt düşünməmişik.
Halbuki, bu gün bir çox elm sahəsində aparılan araşdırmalar son dərəcə fərqli nəticələrə gəlmiş, hisslərimiz və qavradığımız dünya ilə bağlı ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.
Bu yeni anlayışın çıxış nöqtəsi isə belədir: Bizim "xarici dünya" hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, hətta ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu məqalənin sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.
Fridrix Vester (Frederick Vester) elmin bu barədə gəldiyi nəticəni belə ifadə edir:
"Bəzi mütəfəkkirlərin ‘insan xəyaldır, əslində bütün yaşananlar ötəri və aldadıcıdır, bu kainat kölgədir’ kimi sözləri artıq elmi cəhətdən öz sübutunu tapır."
Məşhur filosof Corc Berklinin (George Berkeley) bu təəccüblü həqiqət ilə bağlı şərhi belədir: "Onları gördüyümüz, toxunduğumuz və hiss etdiyimiz üçün həmin obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehnimizdə var olan fikirlərdir. Bu halda hisslərimiz vasitəsilə qavradığımız obyektlər fikirlərdən başqa bir şey deyil və bu fikirlər zehnimizdən başqa yerdə ola bilməzlər …Madam ki, bütün bunlar yalnız zehində var olan şeylərdir, o halda kainatı və digər maddələri zehnimizin xaricində olan varlıqlar kimi xəyal etsək, səhv etmiş olarıq… Onda əhatəmizdə olan və maddə dediyimiz hər şeyin zehinimizin xaricində bir varlığı yoxdur."
Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə xarici dünya haqqında bizə məlumat verən hisslərimizdən danışaq.
Necə Görürük? Necə Eşidirik? Necə Dadırıq?
Görmə prosesi olduqca mərhələli şəkildə reallaşır. Görmə əsnasında hər hansı cisimdən gələn işıq seli (fotonlar) gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir yolları vasitəsilə beyinin arxa hissəsindəki görmə mərkəzinə çatdırılır. Bu elektrik siqnalı bir sira ardıcıl proseslərdən keçdikdən sonra beyindəki bu mərkəzdə görüntü olaraq qavranılır. Yəni görüntü əslində beyinin arxasındakı kiçik və işıq şüalarının heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq nöqtədə meydana gəlir.
Bir cisimdən gələn işıq fotonları elektrik siqnalına çevrilərək beyində görüntü meydana gətirirlər. Görürəm deyərkən, əslində zehinimizdəki elektrik siqnallarının meydana gətirdiyi görüntünü seyr edirik.
Ümumilikdə hər kəs tərəfindən qəbul edilən bu fikrə bir daha nəzər salaq: Biz "görürəm" deyərkən, əslində gözümüzə gələn işıq fotonlarının elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsiri" görürük. Yəni "görürəm" deyəndə, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.
Həyatımız boyunca gördüyümüz hər görüntü bir neçə kub santimetrlik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Amma daha bir məsələni nəzərdən qaçırmamalıyıq. Yuxarıda ifadə etdiyimiz kimi kəllə sümüyü işığı qətiyyən beyinə buraxmır, yəni beyinin içi qapqaranlıqdır. Bu səbəbdən beyinin işıqla təmasda olması əsla mümkün deyildir.
Bu maraqlı vəziyyətə aid bir nümunə göstərək. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısında dayanıb ona uzun müddət baxaq. Amma bu müddət ərzində beynimiz şama aid işığın əsli ilə heç bir zaman təmasda ola bilməz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində aydın, parlaq və rəngli dünyanı seyr edirik.
R.L. Qreqori bizim çox təbii qarşıladığımız görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:
"Görmə hadisəsinə o qədər öyrəşmişik ki, cavab tələb edən sualların olduğunun fərqinə varmaq böyük təxəyyül tələb edir. Lakin buna diqqət edin: Gözlərimizə kiçik, "kəlləmayallaq" görüntülər verilir və biz ətrafımızda bunları mükəmməl varlıqlar olaraq görürük. Retinanın üzərindəki işıq fotonları nəticəsində maddi dünyanı qavrayırıq. Bunun möcüzədən heç bir fərqi yoxdur."
Bu vəziyyət digər duyğu üzvlərimiz üçün də eynilik təşkil edir. Səs, toxunma, dad və qoxu elektrik siqnalı olaraq beyinə çatır və buradakı müvafiq mərkəzlərdə qəbul edilir. Eşitmə hadisəsi də belə baş verir. Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırır; orta qulaq bu səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beynə göndərir. Eynilə görmə prosesində olduğu kimi eşitmə prosesi də beyindəki eşitmə mərkəzində reallaşır. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirmir. Bu səbəbdən "xaricimiz" nə qədər səs-küylü olsa da beynin içi tamamilə səssizdir.
Buna baxmayaraq ən dəqiq səslər beyində eşidilir. Sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyir, izdihamlı mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışıltısından tutmuş reaktiv təyyarələrinin səs-küyünə qədər geniş tezlik intervalında bütün səsləri eşidə bilərsiniz. Amma həmin anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada dərin səssizliyin olduğu aydın olar.
Bir cisimdən gələn işıq seli retina üzərinə tərs şəkildə düşür. Burada elektrik siqnalına çevrilən görüntü beynin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Görmə mərkəzi dediyimiz yer kiçikdir. Beyin işığı keçirmədiyi üçün görmə mərkəzinə də işığın çatması mümkün deyil. Yəni biz parlaq və dərinlikli bir dünyanı kiçik və işığın əsla çata bilmədiyi nöqtədə hiss edir və ya görürük..
Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir. Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burunun epitelindəki titrək tüklərdə olan qəbuledicilərə gəlir və burada qarşılıqlı təsir yaradırlar. Bu təsir beynimizə elektrik siqnalı olaraq çatdırılır və qoxu kimi qavranılır. Nəticədə bizim yaxşı ya da pis deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyində yaratdığı təsirdən başqa bir şey deyil. Parfüm, çiçək, sevdiyiniz yeməyin, dənizin qoxusunu, xoşunuza gələn və ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç zaman çata bilməzlər. Səs və görüntüdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən beyninizdən xaricdəki obyektlərə aid bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik qıcıqlarıdır.
Bir ocağın işığını və istiliyini hiss etdiyimiz anda belə beynimizin içi qapqaranlıqdır və temperaturu heç dəyişmir.
Eləcə də insan dilinin ön tərəfində dörd fərqli tip kimyəvi qəbuledici var. Bunlar duzlu, şirin, turş və acı dadlarına uyğun gəlir. Dad qəbulediclərimiz bir sıra kimyəvi prosesdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə çatdırır. Bu siqnallar da beyin tərəfindən dad hesab edilir. Şokoladı ya da sevdiyiniz meyvəni yediyinizdə hiss etdiyiniz dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Beyninizin xaricində olan əşyaya isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Beyninizə gedən dadbilmə sinirləri kəsilsə, onda yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz, dadbilmə hissinizi tamamilə itirərsiniz.
Burada qarşımıza daha bir həqiqət çıxır. Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birisinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin olmaq mümkün deyil. Bu gerçəklə əlaqədar Linkoln Barnet (Lincoln Barnett) belə deyir:
"Bir insanın qırmızını görməsi ya da Do notunu eşitməsinin başqa bir insanınkı ilə eyni olub-olmadığını bilmək mümkün deyil." (4)
Toxunma hissimizə gəldikdə də fərqli bir şeyin olmadığını görürük.. Bir cismə toxunduğumuzda xarici dünyanı və əşyaları tanımağımıza səbəb olan məlumatlar, dəridəki sinirlər vasitəsilə beyinə çatdırılır. Toxunma hissi beynimizdə meydana gəlir. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə də beynimizdəki toxunma mərkəzidir. Bizlər əşyalardan gələn elektrik qıcıqlarının beynimizdə şərh olunması nəticəsində sərtlik və ya yumşaqlıq, isti və ya soyuq kimi hisslər qəbul edir və bunları bir-birindən fərqləndiririk. Hətta bir cismi tanımağımızı təmin edən ən incə təfərrüatı belə bu qıcıqlar sayəsində əldə edirik. Bu mühüm həqiqətlə bağlı B. Rassl (B. Russel) və L. Vitgeynşteyn (L. Wittgeinstein) kimi məşhur filosofların düşüncələri isə belədir:
"…bir limonun həqiqətən var olub olmadığı və hansı müddət ərzində var olduğunu hesaba çəkmək və araşdırmaq mümkün deyil. Limon yalnız dillə aydın olan dad, burunla alınan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və yalnız bu xüsusiyyətlər elmi araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elmin obyektiv dünyanı bilməsi əsla mümkün deyil." (5)
Yəni maddi dünyanın əslinə çatmağımız qeyri-mümkündür. Əlaqədə, təmasda olduğumuz bütün əşyalar, əslində görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Müvafiq mərkəzlərində məlumatları şərh edən beynimiz, həyatımız boyu maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki kopiyaları ilə münasibətdə olur. Biz isə bu kopiyaları xaricimizdəki həqiqi maddə zənn edərək yanılırıq.
Qeydlər:
1 Frederick Vester, Düşünmək, Öyrənmək, Unutmaq, İstanbul: Arıdan Nəşriyyat, 1991, s. 6.
2 Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İctimai Nəşrləri, Çev: Enver Aydakın, İstanbul: 1976, ss.38-39-44
3 r. l. Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, s. 9
4 Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq nəşrləri, Çev: Nail Bezel, sf.20
5 Orxan Hançerlioğlu, Düşüncə Tarixi, Remzi Nəşriyyat, İstanbul: 1987, s. 447
İnsan beyni
ABŞ-ın Vircinya ştatında ki, eyni adlı unuversitetdə aparılan tədqiqatlar göstərmişdir ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq, yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.
Vircinya Universitetinin əməkdaşlarının 18-60 yaş arası 2000 nəfər üzərində apardığı bu araşdırmada əsasən yaxşı təhsilli və sağlam qadın və kişilər iştirak etmişlər. Araşdırmalarda müxtəlif ağıl oyunlarından və vizual tapmacalardan istifadə olunmuşdur. Müsabiqənin qalibləri arasında üstünlüyü əsasən 22 yaş qrupunun əldə etdiyi müəyyən olunmuşdur. İkinciliyi 27 yaş qrupu əldə etdiyi halda 30 və ondan yuxarı yaş qruplarında isə cüzi nailiyyətlər əldə olunmuşdur. Araşdırmanın rəhbəri professor Timothy Salthouse bildirmişdir ki, 30 yaşdan yuxarı insanlarda yaddaş zəifliyinə səbəb insanlarda yaşlanma zamanı beyin hüceyrələrinin ölümünə səbəb olan Aletsheymer xəstəliyinin olmasıdır.[2]
Mərkəzi sinir sistemi
Baş beyin Baş beyin kəllə boşluğunda yerləşərək, çəkisi orta hesabla 1360 qram olur. Qeyd etmək lazımdır ki, zehni inkişaf dərəcəsi ilə beynin çəkisi arasında bilavasitə əlaqə yoxdur. Baş beyni xaricdən üç qişa-sərt, hörümçək torunabənzər və yumşaq qişa ilə örtülmüşdür. Sərt qişa ikitəbəqəli olub, bir kəllə boşluğunu daxildən örtür, digəri baş beyninin xarici qişasını təşkil edir. Hörümçək torunabənzər qişa nisbətən nazik, şəfaf, qan damarları və sinirlərlə zəif təchiz olunmuşdur. Yumşaq qida damar və sinir lifləri ilə zəngin olub, baş beyninin qidalanmasında bilavasitə iştirak edir. Baş beyin ağ və boz maddədən təşkil olunmuşdur. Ağ maddə aparıcı yolar əmələ gətirərək, baş beynini onurğa beyni və onun hissələrini bir-biri ilə birləşdirir. Boz maddə onurğa beyninin, uzunsov beyinin və Varolio körpüsünün dərinliyində ayrı-ayrı yığınlar-nüvələr şəklində ağ maddənin içərisində yerləşir, beyincik və böyük beyin yarımkürələrində isə ağ maddənin üzərini örtür. İnsanın baş beyni üç əsas hissədən- beyin kötüyündən, beyincikdən və beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov beyin, Varolio körpüsü, rombabənzər boğaz, beyin ayaqcıqları, orta və ara beyin daxildir.Baş beyində 12 cüt kəllə sinirinin, o cümlədən, qoxu, görmə, göz hərəki , üçlü , eşitmə-müvazinət, üz, azan, dilaltı, dil-udlaq sinirlərin mərkəzləri yerləşir.
Onurğa beyni Onurğa beyni 41-45sm uzunluğunda olub, öndan arxaya doğru yastılaşmış silindr şəklindədir. O, onurğa kanalında yerləşmişdir. Yuxarı ucu birinci boyun fəqərəsinin yuxarı kənarı bərabərində uzunsov beyinə keçir. Aşağı ucu isə ikinci büzdüm fəqərəsinə qədər enir. Onurğa beyni quruluşca ağ və boz maddədən ibarətdir. Ağ maddə xaricdə, boz maddə isə daxildə yerləşir. En kəsiyində boz maddə qanadları açılmış kəpənək formasında görünür. Onun ön hissəsi ön buynuzları, arxa hissəsi isə arxa buynuzları əmələ gətirir. Döş və bel hissəsində yan buynuzlar da vardır. Ön buynuzlarda hərəki neyronların cismi, arxa buynuzlarda ara neyronlar və yan buynuzlarda simpatik mərkəzlər yerləşir. Onurğa beynindən çıxan və ona daxil olan sinir lifləri ön və arxa kökləri təşkil edir. Fəqərəarası dəlikəd ön və arxa köklər bir-biri ilə birləşrək, 31 cüt qarışıq onurğa beyni sinirlərini əmələ gətirir. Bunlardan 8 cütü boyun, 12 cütü döş, 5 cütü bel, 5 cütü omba və bir cütü büzdüm sinirləridir. Onurğa beynindən ətraflara gedən sinirlər çıxdıqları yerlərdə iki qalınlaşma: boyun qalınlaşması və bel qalınlaşması yaradır. Boyun qalınlaşması nahiyəsində yuxarı ətraflara, bel qalınlaşması nahiyəsində isə aşağı ətraflara gedən sinirlər çıxır. Onurğa beyninin hər bir cüt sinirə müvafiq hissəsi onurğa beyni siqmenti adlanır. Deməli, onurğa beyni 31 seqmentdən ibarətdir. Onurğa beyni üç qişa ilə örtülmüşdür: sərt, hörümçək torunabənzər və yumşaq qişa. Sərt qişa onu xaricdən örtərək lifli birləşdirici toxumadan əmələ gəlmişdir. Hörümçək torunabənzər qişa damarsız olub, sərt qişanın altında yerləşir. Yumşaq qişa daxildə olub, onurğa beynini xaricdən əhatə edir. Bu qişa qan damarları ilə zəngin olub, onurğa beyninə bitişmişdir. Onurğa beynindən çıxan 31 cüt sinirin arxa kökləri hissi neyronların aksonlarıdır. Bu neyronların cisimlərinin yığını onurğa beyni düyünlərini əmələ gətirir. Ön köklər hərəki neyronların aksonlarıdır. Onurğa beyninin iki əsas funksiyası vardır: reflektor və nəqledici funksiya. Reflektor funksiyası hərəkəti təmin edir. Onurğa beyni baş beyni ilə birlikdə daxili orqanların: ürəyin, mədənin, sidik kisəsinin, cinsiyyət orqanlarının işini tənzim edir. Onurğa beyninin ağ maddəsi nəqledici funksiyanı yerinə yetirməklə mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və bunların bir-biri ilə əlaqəli şəkildə işləməsini təmin edir.
Beyin kötüyü Uzunsov beyin. Onurğa beyni birinci boyun fəqərəsi sərhəddində uzunsov beyinə və Varolio körpüsünə keçir. Ağ maddənin müxtəlif sahələrində boz maddə topluları körpüdə V-VIII, uzunsov beyində IX –XII cüt kəllə sinirlərinin nüvələrini əmələ gətirir. Ağ maddə isə uzunsov beyinin aparıcı yollarını təşgil edir. Uzunsov beynin əsas fizioloji əhəmiyyəti reflektor funksiyaların icrasından, onurğa beynindən gələn impulsların baş beynin digər şöbələrinə və əksinə nəql edilməsindən ibarətdir. Onun reflektor fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Belə ki, onun normal fəaliyyəti hesabına orqanizmdə mühüm funksiyaların, o cümlədən, ürək-damar, tənəffüs və həzm orqanlarının işinin nizamlanması, skelet əzələləri tonusunun saxlanması təmin olunur. Uzunsov beyində və Varolio körpüsündə bir sıra mühüm mərkəzlər yerləşmişdir. Burada tənəffüs mərkəzi yerləşir ki, karbon qazının qanda artması onun oyanmasına səbəb olur. Burada yerləşən azan sinirin nüvəsi-parasimpatik sinirin mərkəzi daim oyanmış halda olur və ürək fəaliyyətinə ləngidici təsir göstərir. Əmmə, çeynəmə, udma, çeynəmə, udma, qusma mərkəzləri də burada yerləşir. Qusma mərkəzi reflektor və neyro-humoral yolla oyanır. Qusma aktı nəfəs verdikdə baş verir, bir neçə dəfə dərindən nəfəs aldıqda tormozlanır. Tər, gözyaşı ifrazı, asqırma, öskürmə mərkəzləri də buradadır.
Orta beyin Orta beyinə böyük beyin ayaqcıqları və orta beyin qapağı aiddir. Boşluğuna isə beynin su kəməri təşkil edir. Orta beyində skelet əzələlərinə daim sinir impulsları göndərən nüvələr yerləşir, sinir impulsları həmin əzələlərin tonusunu (gərginliyini) təmin edir. Görmə və eşitmə, səs qıcıqlarına qarşı əmələ gələn oriyentasiya (səmtləşmə) reflekslərinin qövsləri də orta beyindən keçir. Bu reflekslər sayəsində biz başımızı və bədənimizi qıcığa tərəf çeviririk. Fəal qamətin saxlanılması reflekslərinin əmələ gəlməsində də orta beyinin böyük əhəmiyyəti vardır.
Beyincik Uzunsov beyinin və Varolio körpüsünün üzərində yerləşir. Beyincik xaricdən boz maddədən əmələ gəlmiş qabıqla örtülmüşdür. Ağ maddə beyincik kütləsinin çox hissəsini təşkil edib, burada yerləşən afferent və efferent yolların hesabına baş beyninin digər şöbələri, dəri və əzələlərlə anatomik rabitə yaradır. Beyinciklə yarımkürələr arasında möhkəm ikitərəfli rabitə vardır. Bu rabitə hesabına beyincik iradi və qeyri-iradi hərəkət aktlarının koordinasiyasını (dəqiqliyini) tənzim edir. Bununla da skelet əzələlərinin tonusu, insanın bədən kütləsinin fəzada normal müvazinəti nizamlanır. Beyincik eyni zamanda orqanizmdə vegetativ funksiyaların nizamlanmasında bilavasitə iştirak edir.
Ara beyin Görmə qabarlarından, qabarüstü, qabararxası və qabaraltı nahiyələrdən ibarətdir. Görmə qabarının alt hissəsində beyin ayaqcıqları arasında qabaraltı sahə hipotalamus yerləşmişdir. Hipotalamusun aşağı sahəsinə xüsusi borucuq vasitəsilə daxilisekresiya vəzisi olan hipofiz birləşmişdir. Nüvələrdə əmələ gələn neyosekretlər (vazopressin və oksitosin hormonları, mediatorlar) borucuq vasitəsilə hipofizə çatdırılır və onun fəaliyyətinə tənzimedici təsir göstərir. Bundan başqa, həmin yolla hipofizə baş beynində sinir impulsları keçir. Beləliklə, baş beyni ilə daxili sekresiya vəziləri arasında qarşılıqlı anatomik və funksional əlaqələr yaradılır. Bütün duyğu orqanlarının reseptorlarından çıxan impulslar ara beyindən keçib yarımkürələr qabığına gəlir. Mürakkəb hərəkət reflekslərinin çox hissəsi ara beyinlə əlaqədardır. Ara beyin maddələr mübadiləsinin, insanın qida və su qəbulunun, bədən temperaturunun daim bir qaydada olmasını tənzim edir.
Ön beyin Sağ və sol yarımkürələrdə təşkil olunmuşdur. Insanda beyin yarımkürələri daha çox inkişaf etmişdir. O, orta və ara beyinin üzərinə örtür. Yarımkürələrin hər biri ağ və boz maddəyə ayrılır. Ağ maddə yarımkürələrin daxili hissəsini təşkil edir. Buradakı sinir lifləri qrupları yarımkürələri qabığı ilə qabıqaltı şöbələr, görməqabarı arasında və yarımkürələrin müxtəlif sahələri və ya iki yarımkürənin eyni sahələri arasında rabitə yaradır.
Böyük yarımkürələrin xarici təbəqəsini-beyin qabığını boz maddə təşkil edir. Burada baş beyninin ali mərkəzləri yerləşir. Bunlar qabığın hərəki, görmə, eşitmə, qoxu, dad və s. nahiyələrini əmələ gətirir.
Yetkin insanın beyin qabığının ümumi sahəsi orta hesabla 0,14-0,22kv. Metrə bərabərdir. Burada cəmi 14-18 milyard neyron vardır. Yarımkürələrin üzəri qırışıqdır. Hər yarımkürə şırımlarla alın, təpə, gicgah, ənsə paylarına bplünür. Burada hissi və hərəki nahiyələr vardır. Duyğu orqanlarından, dəri, daxili orqanlar, əzələ və vətərlərdən gələn impulslar hissi nahiyəyə daxil olur. Bu nahiyələrin heyronları oyandıqda, müvafiq hissiyat əmələ gəlir. Görmə nahiyəsi ənsə payında, arxada dəri-əzələ hissiyatı nahiyəsi, təpə payında dad və qoxu nahiyəsi, mərkəzi şırımdan arxada hissi, öndə hərəki nahiyə yerləşmişdir
Maraqlı Məlumatlar
Alimlər Çin, Cənubi Afrika və Avstraliyada tapılan sümüklər üzərində araşdırma aparıblar. Nəticələrə görə, insan beyni 5 min il əvvəllə müqayisədə 10 faiz kiçilib. Mütəxəssislər beynin sürətli dəyişilməsinin davam etdiyini bildiriblər. Genlər üzərində aparılan araşdırmalar da eyni nəticəni verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət