Slimfit
  1. MƏDƏNİYYƏT

Bəxt üzüyü (film, 1991)

Bəxt üzüyü (film, 1991)
Sakura

Bəxt üzüyü (film, 1991)

Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə BakıdaAzərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

 

Məzmun

Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar. İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza münasibətimiz barədədir.

 

Film haqqında

  • Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
  • Film 2 ay ərzində Şüvəlanda çəkilib.

Festival və mükafat

1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

 

Rollarda

Afaq Bəşirqızı — Söylü
Valeh Kərimov — Moşu Göyəzənli
Gülşad Baxşıyeva — Sara
Ayşad Məmmədov — Hüseyn
Firəngiz Rəhimbəyli (Firəngiz Rəhimbəyova kimi) — Sevda
Nəsir Sadıqzadə — Tanrıbəy
Rəfael Dadaşov — Rasim
Muxtar Maniyev — Zırpı
Cahangir Novruzov — milis rəisi
Arif Quliyev — milis nəfəri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR