Bəxt üzüyü 2 (film, 2017)
Film haqqında
Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı “Bəxt üzüyü 2” filmi çəkilib.
Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk “Bəxt üzüyü”ndə oynamış aktyorların iştirakına çalışılıb.
Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb.
Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək”. “Bəxt üzüyü 2“ filminin çəkilişlərini “Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir.
Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, Firəngiz Rəhimbəyli və başqaları çəkilib. “Bəxt üzüyü” Azərbaycan kinematoqrafiyasının ən maraqlı komediyalarından biri sayılır.
Məzmunu
İlk “Bəxt Üzüyünün” baş qəhrəmanlarının həyatında 27 il ərzində çox şey dəyişməyib. Moşu şeyirlərini yazmaqda davam edir, Söylü də ən birinci ev işlərini görür sonra da Xoşu başda olmaqla uşaqları ilə məşğuldur. Rasim də bərkgedən biznesmen olaraq qalır. Gözlənilmədən vəziyyət dəyişir. Rasimin qızı Dəniz yenicə münasibət qurduğu adaxlısı ilə atası gilə qonaq gəlir. Eyni zamanda Söylünün kiçik qardaşı Fedot da Rusiyadan qayıdır və gözəl Dəniz xanımın ətrafında öz planlarını qurmağa çalışır.[2]
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət