Slimfit
  1. MƏDƏNİYYƏT

Bəstəkarlarımızın əsərlərini ermənilər necə oğurlaya bilir?

Bəstəkarlarımızın əsərlərini ermənilər necə oğurlaya bilir?
Sakura
:0

Bəstəkarlarımızın əsərlərini ermənilər necə oğurlaya bilir?

Mütəmadi olaraq mənfur düşmənlərimiz tərəfindən xalq musiqilərimizlə yanaşı, görkəmli bəstəkarlarımızın da əsərlərinin tez-tez oğurlanmasının şahidi oluruq. Sonuncu belə oğurluq hadisəsi isə Nyu Yorkda Donald Trampın da iştirak etdiyi “Medison skver qarden”də UFC 244 (Ultimate Fighting Championship) 500-cü turnirində qeydə alınıb. Belə ki, erməni əsilli Şahbazyan döyüşə çıxarkən arxa fonda Fikrət Əmirovun “Qarabağ Azərbaycanın incisi” kompozisiyası “Artsax” kompozisiyası adı ilə ifa edilib və həmin görüntülər Yutuba yerləşdirilib.

Mütəxəssislər belə hesab edirlər ki, bu cür halların təkrarlanmaması üçün Azərbaycanda Bəstəkarlar İttifaqı və ya Əqli Mülkiyyət Agentliyi Yutubun müəlliflik hüququ funksiyasından istifadə etməlidir.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, sözügedən əsərlərin müəlliflik hüququnun qorunması üçün yalnız həmin bəstəkarların qanuni vərəsələri müraciət edə bilər:

“Əqli Mülkiyyət Agentliyi ermənilər tərəfindən hansı əsərlərimizin oğurlanmasını daimi olaraq açıqlayıb və bu cur halları sərt şəkildə qınayıb. Amma belə halların Yutubda təkrarlanmaması üçün yalnız həmin bəstəkarların qanuni vərəsələri və ya müqavilə ilə müəllifin adından çıxış etmək hüququ olan şəxslər müraciət edə bilərlər. Bunun üçün Yutubun bölmələri var və hüquqi proseduraları varislər icra etməlidir. Yəni hüquq sahibinin əlində sübutlar olmalıdır ki, bu əsər filan müəllifə məxsusdur və həmin müəllifin adından çıxış etmək hüququ var. Müəllifliklə bağlı sübutlar göstərməklə belə halların qarşısını almaq olar və müəllif hüquqlarını pozan kanallar bloklana bilər”.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə bildirib ki, bu məsələ ilə bağlı Bəstəkarlar İttifaqı daim etirazlarını bildirsə də, Yutubda əməliyyatlar icra edilməyib:

“Ermənilərin öz musiqisi yoxdur deyə, bizim musiqiləri ifa edirlər. Biz belə oğurluq hadisələri ilə bağlı dəfələrlə etirazımızı bildirmişik. Müəlliflik hüququnun Yutubda qorunması üçün isə gərək biz bütün işlərimizi kənara qoyub, yalnız onunla məşğul olaq. Bəstəkarlar İttifaqının o qədər işi var ki! Biz musiqi festivalları, qurultaylar keçiririk”.

Məsələ ilə bağlı danışan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi ictimai qurumlara bununla bağlı çağırış etməlidir:

“Dünyada yaradıcı insanların özlərinin formalaşdırdığı kifayət qədər çoxsaylı qurumlar var. Onlar kollektiv hüquqların müdafiəsi ilə bağlı olan ictimai qurumlara müəllif və kommersiya hüquqları kimi səlahiyyətlər verirlər. Vaxtı ilə mən də bu məsələni araşdırmışdım. Azərbaycanda isə bu xətt çox zəif inkişaf edib. Bizdə daha çox gözlənti Əqli Mülkiyyət Agentliyindən olub. Lakin bunu da qlobal dünyada yerinə yetirmək elə də asan məsələ deyil. Yutubla və müəlliflərlə əlaqələr qurmaq lazımdır. Bunun üçün agentlik təşəbbüs irəli sürməlidir və kollektiv hüquqların müdafiəsi ilə bağlı çağırış etməlidir. Onlar ictimai qurumları dəvət etməlidir və bu qurumlara dəstək göstərilməlidir ki, onlar bu hüquqların müdafiəsi uğrunda mübarizə aparsınlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR