Dərc edildi: Baxış sayı: 465
"Beşiktaş" - "Qalatasaray" derbisinin hakimi bəlli oldu
Türkiyə Superliqasının 9-cu həftəsində baş tutacaq “Beşiktaş” - “Qalatasaray” derbisinin hakimi bəlli olub.
Publika.az xəbər verir ki, həyəcanla gözlənən derbini baş hakim Mete Kalkavan idarə edəcək.
Kalkavanın köməkçiləri Ceyhun Sesigüzel və Esat Sancaktar olacaq. Dördüncü hakimlik Atilla Karaoğlana tapşırılıb.
VAR sisteminin başında Cüneyt Çakır dayanacaq. Kamera sisteminə isə Özgüç Türkalp və Bahattin Duran nəzarət edəcək.
Qeyd edək ki, matç 27 oktyabr, bazar günü Bakı vaxtilə saat 20:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət