Dərc edildi: Baxış sayı: 563
"Beşiktaş" hücumçusunu qapıçı ilə dəyişir
“Beşiktaş”ın hücumçusu Vaqner Lav karyerasını Superliqanın başqa klubunda davam etdirə bilər.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Bursaspor” braziliyalı forvard üçün “qara qartallar”a təklif göndərib. 34 yaşlı braziliyalını satmağın əleyhinə olmadığını deyən rəhbərlik əvəzində qarşı tərəfdən qapıçı Harun Təkini istəyib. “Bursaspor”un bu təklifə necə cavab verəcəyi isə hələlik bilinmir.
Qeyd edək ki, “Beşiktaş” bir neçə gün öncə “Fulhem”ə satdığı Fabrinin boşluğunu məhz Türkiyə millisinin qapıçısı ilə doldurmaq istəyir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət