Dərc edildi: Baxış sayı: 350
"Beşiktaş" fransız hücumçunu almaqda israrlıdır
"Beşiktaş" "Chelsea"nin hücumçusu Olivye Jirunu transfer etməkdə israrlıdır.
Goal.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş hücum xəttindəki çatışmazlığı məhz fransalı forvardla aradan qaldırmaq istəyir. Təcrübəli çalışdırıcı rəhbərliyə müraciət edərək 31 yaşlı futbolçunun qış fasiləsində alınmasını xahiş edib. "Qara qartallar" yaxın günlərdə London klubuna rəsmi təklif göndərəcəklər.
Qeyd edək ki, bu ilin yanvarında "Arsenal"dan "Chelsea"yə keçən Jirunun "zadəganlar"la mövsümün sonuna kimi müqaviləsi var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət