Slimfit
  1. SİYASƏT

Bəs, Naxçıvan parlamenti niyə buraxılmadı?

Bəs, Naxçıvan parlamenti niyə buraxılmadı?
Sakura

Bəs, Naxçıvan parlamenti niyə buraxılmadı?

Prezident İlham Əliyev dünən 2020-ci il fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb.

“Yeni Sabah” xatırladır ki, Milli Məclisdə çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması təşəbbüsü ilə ölkə Prezidentinə müraciət ünvanlayıb. Prezident İlham Əliyev bu təklifin Konstitusiyaya uyğunluğu ilə bağlı rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının Konstitusiyaya uyğun olması barədə rəy verib.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə parlamentə növbədənkənar seçkilər təyin olunur. Hakim partiya bu qərarını Milli Məclisin ölkədə aparılan islahatlara lazımı dəstək verə bilməməsi ilə əsaslandırıb.

Milli Məclisin özünü buraxması və növbədənkənar parlament seçkilərinin təyin olunması məsələsində daha bir diqqətçəkən məqam var. Məsələ ondadır ki, Azərbaycanda Milli Məclisə seçkilərlə paralel olaraq hər zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçirilib. Lakin bu gün təyin olunan növbədənkənar parlament seçkilərinin Naxçıvan MR Ali Məclisinə seçkilərə aidiyyatı yoxdur. Bu o deməkdir ki, Naxçıvan MR Ali Məclisinə seçkilər Konstitusiya ilə müəyyən olunmuş vaxtda – gələn ilin payızında keçiriləcək.

Tanınmış hüquqşünas Ələsgər Məmmədli "AzPolitika.info"-ya şərhində bildirib ki, Azərbaycan Milli Məclisinin hansısa səbəbdən buraxılması Naxçıvan Ali Məclisinə də avtomatik növbədənkənar seçkilərin təyin olunmasını gündəmə gətirmir: "Amma sonrakı mərhələdə müddətlə bağlı problemlər yaranacaq. Belə ki, yeni seçilmiş Azərbaycan parlamenti ilə Naxçıvan Ali Məclisinin müddət fərqi yaranacaq. İndiki halda seçkilər 5 ildən bir keçirilirsə, Naxçıvan parlamentinə seçkilər 2020-ci ilin noyabrında keçirilməlidir və onun fəaliyyət müddəti 5 il -2025-ci ilin nyabrına qədər olacaq. İndiki halda fevralda yenidən seçiləcək Azərbaycan Milli Məclisinin fəaliyyət müddəti isə 2025-ci ilin fevral ayında bitəcək".

Hüquqşünasın sözlərinə görə, Konstitusiyada açıq bir norma yoxdur ki, hökmən Azərbaycan parlamenti ilə yanaşı Naxçıvan Ali Məclisinə də növbədənkənar seçkilər keçirilməlidir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Milli Məclisində 7 millət vəkili təmsil edir. Bu günə qədər seçkilərdə əhali həm yerli Ali Məclisin üzvlərini, həm də Milli Məclisin deputatlarını seçirdi. Beləliklə, fevralın 9-də ilk dəfə olaraq Naxçıvanda yalnız Azərbaycan Milli Məclisinə seçkilər olacaq.

Konstitusiyadan çıxarış: Maddə 14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi çağırışının səlahiyyət müddəti

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyət müddəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR