Bərdədə pendir sexində acınacaqlı görüntülər
Bərdədə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sözügedən sex rayonun Mollalı kəndində yerləşir.
Qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.
Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.
Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət