Slimfit
  1. GÜNDƏM

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi
Sakura

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

Bu gündən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə bağlı bəzi suallar ortaya çıxıb.

Axar.az xəbər verir ki, xüsusi karantin rejimində bərbərxana və gözəllik salonlarının da fəaliyyətini dayandırıb-dayandırmadığı müzakirə edilir. Bəziləri isə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevin 25 martda verdiyi açıqlamanı yayaraq, bu obyektlərin fəaliyyətində heç bir problem olmadığını bildirib.

Mövzu ilə bağlı saytımıza açıqlamasında Elşad Hacıyev bildirib ki, 25 martda verdiyi açıqlama 29 mart saat 00:00-dan qüvvəyə minən xüsusi rejimə aid deyil:

“Xüsusi rejim bugündən qüvvəyə minib və Operativ Qərargahın qərarında konkret bu barədə qeyd edilib. Ərzaq mağazaları və apteklər istisna olmaqla, yerdə qalan bütün iaşə obyektləri – bərbərxanalar, gözəllik salonları, avtomobil təmiri sexləri, dərzilər və buna uyğun bütün xidmətlər dayandırılıb. Bu qaydalara əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəkdir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR