Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Belə yatmayın, sağlamlığınız üçün Təhlükəlidir

Belə yatmayın, sağlamlığınız üçün Təhlükəlidir
Sakura

Belə yatmayın, sağlamlığınız üçün Təhlükəlidir

Mədə, boyun və ya bel ağrılarının səbəbi səhv yuxu pozası ola bilər.

Publika.az xəbər verir ki, araşdırmalar göstərib ki, uzun müddətli səhv yuxu pozası dərinin qocalmasını sürətləndirir. Eyni zamanda oynaq ağrılarına gətirib çıxara bilər.

Oxucuları ən çox görülən yuxu duruşları və onların bədənə təsirləri ilə tanış edirik.

Əllər aşağı vəziyyətdə düz uzanmaq

Bu yuxu pozası ən sağlam duruşdur. Bu duruş boyun ağrısından xilas olmağa kömək edəcək. Lakin xoruldayırsınızsa, bu poza problemi daha da artıracaq.

Əllər yuxarı, ayaqlar aralı vəziyyətdə düz yatmaq

Bu, kürəyi rahatlaşdırmaq üçün əla olan ulduz duruşudur. Bu yuxu duruşu nəinki boyun ağrısını müalicə etməyə kömək edir, həm də üz qırışlarının yaranmasının qarşısını alır.

Embrion pozası

Bu, ən pis duruşlardan biridir, çünki boyun və onurğa problemlərinə yol açır. Bu da nəfəs almağı çətinləşdirir.

Qarnıüstə yatmaq

Belə bir yuxu duruşu həzmi yaxşılaşdırır. Ancaq başın duruşu ilə diqqətli olun ki, boyunda əlavə gərginlik yaranmasın.

Böyrü üstə və əllər bu vəziyyətdə

Bu duruş sinirlərdə təzyiq yaratdığı üçün qan dövranını zəiflədir. Bu, boyun və çiyin bölgəsində ağrıya səbəb ola bilər.

Yan tərəfə, ancaq qollar bədən boyunca

Bu yuxu duruşu kürək və boyun ağrılarından əziyyət çəkən insanlar üçün yaxşıdır, eyni zamanda yuxu apne problemini həll edə bilər. Ancaq yadda saxlayın ki, üzün uzun müddət yastığa təzyiqi nəticəsində qırışların əmələ gəlməsini sürətləndirir.

Böyrü üstə

Əgər sağ tərəfə doğru yatarsanız, bu, ürək problemlərinə səbəb ola bilər; sol böyrü üstə yatırsınızsa, bu mədə, ağciyər və qaraciyər kimi daxili orqanlara əlavə bir yük yaradır.

Hansı vəziyyətdə yatmağınızdan asılı olmayaraq, bir yastıqda yatsanız, daha az ağrı hiss edəcəksiniz. Əgər düz yatırsınızsa, belinizin altına bir yastıq qoyun, qarnıüstə yatırsınızsa, belinizin altına qoyun.

Aytən Məftun

Mənbə: publika.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR