Slimfit
  1. DÜNYA

Belarus Rusiya ilə sərhəd müqaviləsinə yenidən baxacaq - Təfərrüat

Belarus Rusiya ilə sərhəd müqaviləsinə yenidən baxacaq - Təfərrüat
Sakura

Minsk Moskva ilə sərhəd mühafizəsinə dair müştərək müqaviləsinə dəyişiklik etməyi planlaşdırır.

Sfera.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas bildirib. Dövlət katibi dəqiqləşdirib ki, bu qərarı Belarus prezidenti Aleksandr Lukaşenko verib.

"Şübhəsiz ki, sözügedən müqavilənin bir sıra müddəaları öz aktuallığını itirib. Müqavilənin imzalandığı gündən az vaxt ötməyib, vəziyyət dəyişib. Müqavilənin bir sıra müddəaları real fayda gətirdiyindən hər iki tərəf onlara əməl edir. Ümumilikdə isə müqavilə yenilənməlidir”,- deyə Zas qeyd edib.

Stanislav Zasın sözlərinə görə, ümumi sərhədlərdəki vəziyyət birgə razılaşdırılmış tədbirlərin həyata keçirilməsini tələb edir. Müqaviləyə dəyişikliklərlə bağlı danışıqlar yaxın günlərdə aparılacaq.

Sputnik Belarus xəbər verir ki, bu gün Lukaşenko Zasla və Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşüb, onlar Balarusla Rusiyanın sərhəd məsələləri ilə bağlı qarşılıqlı münasibətlərini müzakirə ediiblər.

Xatırladaq ki, 1995-ci ildə Minsklə Moskva dövlət sərhədinin müştərək qorunmasına dair hər 5 ildən bir avtomatik qaydada yenilənəcəyi nəzərdə tutulan müqavilə imzalamışdılar. Bu ay həmin sənədin növbəti etibarlılıq müddəti sona çatır.

Balarusun Müdafiə Naziri Andrey Ravkov oktyabr ayının sonunda bildirmişdi ki, Minsk ABŞ zirehli texnikasının Litvada, Belarusla sərhəddən o qədər də uzaq olmayan ərazidə yerləşdirilməsi və NATO-nun Defender Europe təlimlərinin keçirilməs i ilə bağlı tədbirlər həyata keçirəcək. Qeyd edək ki, yazda keçirilməsi nəzərdə tutulan təlimlər sərhəd mühafizəsinin gücləndirilməsi məqsədini daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR