Slimfit
  1. SİYASƏT

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır
Sakura

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Azərbaycan Konstitusiyası qəbul edilərkən xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmağı, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmağı ali niyyətlər kimi bəyan etmiş, yalnız vətəndaşların yox, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fikir və söz, məlumat, habelə yaradıcılıq azadlığına təminat vermişik.

 

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, hüquqşünas Bəhruz Məhərrəmov bildirib.

 

Bəhruz Məhərrəmov deyib ki, Prezident İlham Əliyev fəaliyyətində azad medianın roluna xüsusi diqqət yetirib, hətta ittihamçı mövqedən çıxış edən, özünü prokuror kimi aparan qərəzli jurnalistlərə belə təmkin nümayiş etdirərək qeyd olunan haqların Azərbaycanda ən böyük təminatçısı kimi çıxış edib: “Lakin görünən odur ki, “azad media” etalonu kimi təqdim olunan çoxsaylı qlobal informasiya resursları üçün reallıq yox, daha çox lobbi maraqları, sifarişçinin subyektiv niyyəti daha önəmlidir. Bu mənada, təəssüflə böyük potensiala malik "Azadlıq radiosu", "BBC" , "Vaşinqton Post" kimi media nəhənglərinin Qərbin insan haqlarının müdafiəsi adı altında təşkil etdiyi səlib yürüşlərində ən vacib alətləri kimi istifadə olunmasına şahidlik edirik. Xüsusən son dövrlər başlanan və heç bir effekt verməyən “humanitar fəlakət” ssenarisinin qlobal şouya çevrilməsində bu çirkab yuvası rolu oynayan media qurumlarının müstəsna rolu var. İspaniyada, Fransada, Gürcüstanda və Ukraynada dövlətlərin ərazi bütövlüyü prinsiplərini bütləşdirən, müqəddəs və toxunulmaz elan edən bu media orqanları Azərbaycana münasibətdə separatizmə açıq və çəkinmədən dəstək verir, hətta sentimental səhnələr quraşdıraraq milli, dini, sosial və digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğat aparırlar. Çox təəssüflər olsun ki, son günlər bu formatda BBC xüsusi “prinsipiallığı” ilə fərqlənir”.

 

Deputat qeyd edib ki, sırf Azərbaycanla bağlı fəaliyyət tarixinə nəzər salsaq, BBC-nin bir dəfə də olsun beynəlxalq hüququ, haqqı, ədaləti rəhbər tutaraq mövqe sərgilədiyini, işğala işğal dediyini, təcavüzü pislədiyini, 1 milyondan çox insanın təməl haqlarının pozulduğunu dilə gətirdiyini görməmişik: “Amma 20 min civarında etnik erməninin yaşadığı və bütün dünyanın, hətta Ermənistanın özünün Azərbaycanın ərazisi kimi tanıdığı Qarabağda 120 min insanın aclıqla üzləşdiyini heç bir faktiki əsas olmadan dünyaya servis edir. Mətbuat Şurasının müvafiq bəyanatında da ifadə edildiyi kimi, "BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir”. Laçın sərhəd-buraxılış məntəqəsi qarşısında düzülmüş və mənşəyi bilinməyən yüklər doldurulmuş TIR-ları davamlı şəkildə göstərməkdən usanmayan BBC Ağdam-Xankəndi yolunda gözləyən ərzaq yükünün niyə Qarabağa buraxılmaması barədə bir kəlmə də olsun danışmır. Bu, açıq formada riyakarlıqdır və real situasiyanı etnik münaqişəyə təşviq etməyə hesablanıb. BBC-nin bu davranışları eyni zamanda BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi ilə təsbit olunan dövlətlərin ərazi bütövlüyü hüququ, habelə beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə köklü formada ziddir. Bu isə artıq bizi düşündürməlidir, əgər bir media orqanı medianın qarşısında duran vəzifələri aşaraq sabitliyi, sülh və əmin-amanlığa yönəli fəaliyyətləri hədəfə alırsa, deməli, artıq təhdidə çevrilir. Bu mənada BBC başda olmaqla, Azərbaycana və bütövlükdə bölgədə sağlam mühitə qarşı yönəlmiş, sülhü, sabitliyi təhdid edən düşmənçilik fəaliyyəti araşdırılmalı, ən radikal qərarlardan çəkinilməməlidir. Separatçılığı təbliğ edən media orqanlarının Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR