Slimfit
  1. CƏMİYYƏT

Bəhram Bağırzadə: “Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm”

Bəhram Bağırzadə: “Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm”
Sakura

Bəhram Bağırzadə: “Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm”

Bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ona göstərdiyi diqqət və qayğısına görə təşəkkürünü bildirib.  

Ens.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə B.Bağırzadə instaqram hesabında yazıb:

""Allahdan sonra biz ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o, bizə həyat bəxş edir, sonra isə bu həyata məna verir”. Bu ifadənin kimə məxsus olduğunu xatırlamıram, amma bu gün mən onu Allah-Təala tərəfindən bir çox üstünlüklərə - gözəlliyə, parlaq zəkaya, gözəl qəlbə, müdrikliyə və sonsuz mərhəmətə sahib olan qadına çox böyük, səmimi minnətdarlıq sözləri ilə davam etdirərdim…

Uca Allahın mərhəməti ilə məni həmişə gözəl qadınlar əhatə edib. Lakin amansız 20-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlər mən ölüm astanasında olarkən ölkəmizin Birinci vitse-prezidentinin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim. Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin! Bəhram Bağırzadə”.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR