Slimfit
  1. DÜNYA

BƏƏ-nin əsas trasında Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub

BƏƏ-nin əsas trasında Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub
Sakura

BƏƏ-nin əsas trasında Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub

BƏƏ-nin iki ən böyük şəhərini – Dubayı və Əbu-Dabini birləşdirən magistral yollardan birində Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub.

AZƏRTAC BƏƏ-nin yerli KİV-lərinə istinadla xəbər verir ki, aprelin 7-də “Yol kənarında” sərgilər layihəsinin ikinci mövsümünə rəsmən start veriləcək. “Luvr Əbu-Dabi” Muzeyində qeyd ediblər ki, bu heykəlin qoyulması həmin layihənin yeni mövsümünün başlanması rəmzidir. Şeyx Zayed şosesində yol kənarında 10 eksponat, o cümlədən “Luvr-Əbu-Dabi” kolleksiyasından 3D formatlı 3 heykəl qoyulacaq. Bu eksponatlar əslində 10 metr hündürlüyündə reklam lövhələridir.

Buddanın abidəsi şəfqət və mərhəmət ilahəsi Quanyinin çinli heykəltəraş Avalokiteşvara (XI-XII əsrlər) tərəfindən yaradılmış heykəlinin reproduksiyasıdır. Bu, trasda qoyulmuş birinci eksponatdır. Layihə müəllifləri əmindirlər ki, yol kənarında qalereya sayəsində avtomobil sürücüləri incəsənət aləmi ilə tanış olmaq, ölkənin yerli radiostansiyalarında tras boyunca yerləşdiriləcək bütün eksponatlar haqqında verilişləri dinləmək imkanı əldə edəcəklər.

 

Asya Hacızadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR