BƏƏ ilə əlaqələr dayandırıla bilər: Ərdoğandan göstəriş
Əbu-Dabi rəhbərliyi ilə diplomatik əlaqələrin dayandırılması üçün bir addım kimi biz də səfirimizi geri çağıra bilərik.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Bu proses çərçivəsində Səudiyyə Ərəbistanından da səhv addımlar atılır. Xaric İşlər naziri Mövlud Çavuşoğluna bu gün göstəriş verdim. Tez zamanda aidiyyəti şəxslərlə danış, lazım olan işlər görülsün. Daha bir mövzu var: İsrail. Fələstinə qarşı atılan addımlar qəbuledilməzdir. Çavuşoğluna bu barədə də göstəriş verdim. Əbu-Dabi rəhbərliyi ilə diplomatik əlaqələrin dayandırılması üçün bir addım kimi biz də səfirimizi geri çağıra bilərik. Çünki biz Fələstin xalqının yanındayıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət