Dərc edildi: Baxış sayı: 2636
Bədəndən duzu qovan, mədə-bağırsağı təmizləyən dəmləmə
Bu metodun bir neçə əsr yaşı var. Dəfnə yarpağı yaranandan kahinlər, təbiblər, həkimlər ondan ən müxtəlif müalicə məqsədləri üçün istifadə ediblər.
Bizim üçünsə dəfnə sadəcə borşa atılan, şorbaya qatılan ətirli yarpaqdan başqa bir şey deyil.
Medicina.az xəbər verir ki, bədəndə olan duz qalıqlarını təmizləmək, oynaqlar, sümüklər, əzələlər üçün təmizləyici və rahatladıcı xüsusiyyətə malik dəfnənin xüsusi dəmləməsi mədə-bağırsağın da işini yaxşılaşdırır, toksinlərdən təmizləyir.
Həmin resepti təqdim edirik:
5 qr narın edilmiş dəfnə yarpağının üzərinə 300 qr qaynar su alıb, 15 dəqiqə zəif odda saxlayın. Daha sonra soyudub, süzün. 4 saat termosda qalsın.
Bu dəmləməni cəmi 3 gün istifadə etməlisiz. 300 ml hazır məhlulu bir xörək qaşığı miqdarında içməklə 3 gün ərzində bitirirsiz. Belə ki, gün ərzində hər 2 saatdan bir bir qaşıq içirsiz.
3 gündən sonra 15 gün fasilə verib, yenidən 3 gün etmək olar. Dəfnə dəmləməsini çox miqdarda içmək olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət