Dərc edildi: Baxış sayı: 424
BBC və “Amerikanın səsi”nin yayımı bu ölkədə qadağan edildi
Burundi hakimiyyəti ölkə ərazisində BBC telekanalının yayımını qadağan edib, Amerikanın səsi radiosunun fəaliyyətini müvəqqəti dayandırıb.
Modern.az xarici kivə istinadən məlumat verir ki, BBC-nin yayımına qadağa qoyulmasının səbəbi telekanalın Burundidə gizli həbsxanalar və işgəncələrlə bağlı çəkdiyi sənədli filmdir.
Burundi hakimiyyəti bunu yalan adlandırıb və ölkənin nüfuzuna zərbə vurmaq cəhdi kimi qiymətləndirib. BBC isə bəyan edib ki, Burundi hakimiyyətinin qərarı KİV azadlığına zərbədir.
“Amerikanın səsi”nin yayımı isə radionun müxbirinin hakimiyyəti tənqid etməsidir. Ölkədə jurnalistlərə bu iki KİV-də işləmək də qadağan olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət