Slimfit
  1. SİYASƏT

BBC-dən Azərbaycana qarşı təxribat - ŞƏRH

BBC-dən Azərbaycana qarşı təxribat - ŞƏRH
Sakura

BBC-dən Azərbaycana qarşı təxribat - ŞƏRH

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, böyük Britaniyanın nüfuzlu media orqanı BBC-nin Qarabağla bağlı hazırladığı veriliş təəssüf və hiddət doğurur. Aparıcısı Kristian Frezerin olduğu “Context” verilişində iki erməni Qarabağdakı hadisələrlə bağlı danışır. Daha doğrusu, nağıl söyləyir, hədyan səsləndirir.

Onlardan biri musiqiçi Serj Tankiyan, digəri isə Artak Beqlaryandır. Veriliş “Dağlıq Qarabağda humanitar böhran” başlığı ilə təqdim olunub. Danışanlar da bu mövzuda ənənəvi erməni fikirlərini təqdim edirlər.

BBC Britaniyanın ictimai yayım xidmətçisidir. Hökumətlə açıq-gizli əməkdaşlığı var. Həmişə qərəzsizliyi özünün kredosu elan edən BBC-nin təqdimatının özü başdan-ayağa qərəz və ədalətsizlikdən ibarətdir.

Necə yəni böhran? Qarabağda böhranmı var? İkincisi, niyə BBC Qarabağ adının önünə “Dağlıq” sözünü də yapışdırır? Axı Dağlıq Qarabağ deyilən bir ərazi yoxdur. Qarabağ iqtisadi rayonu var. Bu da Azərbaycan ərazisidir, vəssalam.

Bu, qərəzin birinci hissəsidir.

İkinci hissə - danışanların hədyanlarıdır. BBC yalnız iki erməninin həyasız tezislərinə yer verir. Heç Azərbaycan tərəfinin mövqeyi işıqlandırılmır.

Üçüncü hissə budur ki, BBC Artak Beqlaryanı “Artsax respublikasının keçmiş ombudsmanı” kimi tanıdır. Bu qədəri də yox! Axı Qarabağda heç zaman dövlət olmayıb. Hələ Azərbaycan-Ermənistan münaqişəsi zamanı qondarma rejimin “müstəqilliyini” heç bir ölkə tanımamışdı.

İndi isə o qondarma rejim də tarixin arxivinə gömülüb. Azərbaycan yeni reallıq yaradıb. Bəs görəsən, BBC-yə nə gəlib ki, “Artsax respublikası” ifadəsindən istifadə edir?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR