Slimfit
  1. CƏMİYYƏT

Bazar gününün havası açıqlandı

Bazar gününün havası açıqlandı
Sakura

Bazar gününün havası açıqlandı

Azərbaycanda sabaha, sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ens.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil ecəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  olacaq. 

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  20-24 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən  əlverişlidir.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR