Slimfit
  1. CƏMİYYƏT

"Bayram namazı ləğv olunacaq, xüsusi qaydada..." - Hacı Şahinlə müsahibə

"Bayram namazı ləğv olunacaq, xüsusi qaydada..." - Hacı Şahinlə müsahibə
Sakura

"Bayram namazı ləğv olunacaq, xüsusi qaydada..." - Hacı Şahinlə müsahibə

Qurban bayramına sayılı günlər qalır. Pandemiya dövrü olduğu üçün ötən illərlə müqayisədə bu il bayramı ənənəvi qaydada keçirə bilməyəcəyik.

Ens.az xəbər verir ki, “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Teleqraf.com-un Qurban bayramı ilə bağlı suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Hacı, Qurban bayramının yardımlaşma üçün vəsilə olduğu haqqında çox danışılır. Mənəvi tərəfdən baxdığımız zaman Həzrəti İbrahim və Həzrəti İsmayıl vasitəsilə insanlara verilən mesaj nədir?

- İnsanın öz istəkləri ilə mübarizəsi onun kamilliyinin əsas şərtidir. Həzrəti İbrahimin övladına olan sevgisi təbii sevgidir. Allah övliyalarının öz yaxınlarına sevgisi daha güclü olur. Sadəcə olaraq burada söhbət daha ali məqsədlər, uca hədəflər üçün insanın öz sevdiklərini qurban verməyə hazır olmasından gedir. İnsan hər an ömrü boyu qurban verməklə məşğul olur. Biz gün ərzində fəaliyyətimizdə mütləq nəyisə nəyəsə qurban veririk.

Qurban bayramı bizə öyrədir ki, daha ali hədəflər üçün nisbətən aşağı dərəcəli istəkləri fəda etməyə hazır olmalıyıq. Bu, insanın kamilliyinin əsas şərtidir. Ona görə də Qurban bayramı məhz bu fədakarlığı simvolizə edir.

Bu, xalqımıza da aiddir, torpaqlarımız işğal altında olduğu zaman qurban verməyə hazır olmalıyıq. Əlbəttə, məqsəd ölmək deyil, düşmənlə döyüşüb, onu məğlub etməkdir. Amma bu yolda xalq fədakarlığa da hazır olmalıdır. Bu, istənilən zamanda aktual mövzudur. Ona görə də Qurani-Kərimdə bu haqda danışılır, Qurban bayramı fədakarlıq, ali hədəflər uğrunda candan və yaxınlarından keçmək mənasını ifadə edir.

- Pandemiya şəraitində Qurban bayramı necə qeyd olunmalıdır?

- Pandemiya dövründə mütləq qaydalara riayət eləmək gərəkdir. Bu il dövlət tərəfindən qurban kəsilməsi üçün xüsusi yerlər ayrılacaq. Bu barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək. QMİ-nin tövsiyələrində də qeyd olunur ki, qurbanlar məhz həmin ayrılmış yerlərdə kəsilməlidir. Orada insanlar bir-biri ilə təmasda olmayacaq. Məxsusi təşkil olunmuş qaydada bu ayinlər icra ediləcək. Ona görə də bayramda insanlara qurban kəsən zaman bir yerə toplaşması, harada gəldi bu işi görməsi yolverilməzdir.

İnsanlar sosial məsafəni saxlayıb, kütləvi toplaşmaqdan ciddi şəkildə çəkinməlidirlər.

Bayram namazı hər il məscidlərdə qılınırdı. Bu il virusun yayılmasının qarşısını almaq məqsədilə məscidlərdə Qurban bayramı namazı qılınmayacaq. İnsanlar fərdi qaydada öz evində bayram namazını qıla bilər.

- Qurban kəsərkən nələrə diqqət edilməlidir? Qurbanlıq necə seçilməlidir?

- Qurbanlıq sağlam heyvan olmalıdır. Üzü qibləyə, kəsici alətlə kəsilməlidir. Kəsən şəxs müsəlman olmalı və qurbanı kəsən zaman Allahın adını çəkməlidir. Bunlar şəriət nöqteyi-nəzərindən əsas şərtlərdir. Heyvanın ciddi qüsuru olmamalıdır. Sağlamlığında nəzərə çarpacaq qüsur yoxdursa, qurban kəsmək olar.

- Kimlər mütləq qurban kəsməlidir?

Qurban kəsmək Həcc ziyarəti zamanı vacibdir. Həccdə olmayan insanlara digər yerlərdə qurban kəsmək vacib deyil, amma müstəhəbdir. Bu il isə Həcc ziyarəti Səudiyyə Ərəbistanı vətəndaşı olmayan şəxslər üçün təxirə salınıb. Qurban kəsmək vacib deyil, amma bəyənilən əməldir. İnsanlar bu şəraitdə də qaydalara ciddi riayət edərək, qurban kəsdirib, onu ehtiyaclı insanlara yardım kimi göndərə bilərlər.

Kimsə qurban kəsmir, əvəzində qurbanın pulu ilə yardım edir, bu, düzgündürmü?

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR