Slimfit
  1. MEDİA

Bayram günlərində müştəri xidmətləri xüsusi rejimdə çalışıb

Bayram günlərində müştəri xidmətləri xüsusi rejimdə çalışıb
Sakura
:0

Bayram günlərində müştəri xidmətləri xüsusi rejimdə çalışıb

“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində müştəri xidmətləri sahəsində xeyli insanın müraciətinə baxıb. Belə ki, 2019-cu il dekabr ayının 31-dən 2020-ci il yanvar ayının 6-sı da daxil olmaqla 3070 xidmət göstərilib. Bunun 1873-ü Birliyin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Xırdalan, Mərdəkan və Sabunçu xidmət sahələri vasitəsilə həyata keçirilib. Qalan 1197 xidmət isə 6 yanvar tarixində “ASAN Kommunal” mərkəzlərində icra olunub. Ümumilikdə 70 halda sayğacın əvəz olunması təmin edilib. Xidmətlərin 80 %-i isə uğursuz əməliyyatlar və koda düşmüş kartların aktivləşdirilməsi ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin payız-qış mövsümü başladıqdan sonra (sentyabr, oktyabr, noyabr və dekabr aylarında) 150 min nəfərə müştəri xidməti göstərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR