Slimfit
  1. DÜNYA

Bayden kralın tacqoyma mərasiminə arvadını göndərəcək

Bayden kralın tacqoyma mərasiminə arvadını göndərəcək
Sakura

Bayden kralın tacqoyma mərasiminə arvadını göndərəcək

ABŞ prezidenti Co Bayden Böyük Britaniya kralı III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirak etmək dəvətindən imtina edəcək.

Redaktor.az “The Daily Telegraph” qəzetinə istinadən yazır ki, bunun əvəzinə mərasimdə ABŞ-ın birinci xanımı Cil Bayden iştirak edə bilər.

Nəşrin yazdığına görə, xaricə səfərlər 80 yaşlı Amerika prezidenti üçün çox yorucudur, bununla əlaqədar Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır, cədvələ yalnız ən zəruri xarici səfərləri buraxır.

Qəzet yazır ki, Baydenin aprelin ortalarında Şimali İrlandiya və İrlandiya Respublikasına səfərini nəzərə alsaq, bir ay ərzində Britaniya adalarına ikinci səfəri mümkün olmayan ssenari hesab olunur.

"Böyük Britaniyanın ABŞ-dakı səfiri Karen Pirs və Bukingem Sarayının nümayəndələri, tacqoyma mərasimində Amerika nümayəndə heyətinin tərkibi ilə bağlı Ağ Evlə “səmimi və diplomatik” danışıqlar aparırlar",- "The Daily Telegraph əlavə edib".

Məlumdur ki, aprelin 11-də Bayden protestant ittifaqçıları ilə Protestant ittifaqı tərəfdarları arasında silahlı qarşıdurmaya son qoyan Belfast Sazişinin (Yaxşı Cümə Sazişi) imzalanmasının 25-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Belfasta gələcək. 

Qəzet qeyd edib ki, ABŞ prezidenti məhz Olsterdə “güclü münasibətdə” olduğu III Çarlzla görüşə bilər.

Daha sonra irland kökləri olan Bayden aprelin 12-dən 15-dək  Dublində qalacaq.

"The Daily Telegraph" Baydenin Böyük Britaniyadan daha uzun müddət İrlandiya Respublikasında qalma qərarını əslində Britaniyanın Avropa İttifaqından çıxmasına münasibətinin göstəricisi ola biləcəyini iddia edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR