Dərc edildi: Baxış sayı: 291
Bayden: “ABŞ və Kanada aerokosmik müdafiə sistemini modernləşdirəcək”
ABŞ Prezidenti Cozef Bayden Kanada parlamentindəki çıxışı zamanı bu ölkə ilə birgə aerokosmik müdafiə sisteminin modernləşdirilməsini elan edib (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı - NORAD).
"Report"un xarici KİV-ə istinadən xəbərinə görə, Bayden qeyd edib ki, NORAD tezliklə erkən xəbərdarlıq imkanlarını genişləndirməyə kömək edəcək yeni radarlar alacaq.
2023-cü ildə iki ölkənin aerokosmik müdafiə sisteminin bir hissəsi kimi müşahidə infrastrukturu da təkmilləşdiriləcək.
NORAD-ın əsas vəzifəsi Şimali Amerikanın hava və Yerə yaxın fəzasına nəzarəti təmin etmək və aerokosmik hücum barədə erkən xəbərdarlıq etməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət